Porselen — Fransaya aid bir it cinsidir. Əvvəllər "Briquet Franc-Comtois" kimi tanınırdı. Bu ad Şərqi Fransada yerləşən tarixi Franş-Konte bölgəsindən gəlir.[Dr.] Castets (6 August 1914). Histoire: Deux mots sur le Porcelaine (in French). Revue L'éleveur'. (1547). Aubervilliers: Société Centrale Canine. Accessed January 2024.
Görünüş Porselen, adını parlaq tük örtüyündən alır. Çünki bu parlaq tük örtüyü, onun bir porselen qab kimi görünməsinə səbəb olur. Tük örtüyü ağ rəngdədir, bəzən qulaqlarda narıncı ləkələr olur. Dəri ağ rəngdə olmalı və ağ tük örtüyü altından görünən qara ləkələrə malik olmalıdır. Tüklər son dərəcə qısa və çox incədir. Porselen itinin burnu qara rəngdədir və çox geniş burun dəlikləri var. Gözləri qara və uzundur. Sallanan qulaqlara sahibdir. Boyun uzundur və quyruq qalın başlayaraq ucunda incəlir. Porselen erkəklərinin boyu 56-58.5 sm arasında dəyişir. Dişilərin boyu isə 53.5-56 sm arasındadır.FCI-Standard N° 30: Porcelaine. Thuin, Belgium: Fédération Cynologique Internationale. Accessed May 2025. Çəkiləri təxminən 25-28 kq arasında dəyişir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:Tazılar