Bern dağ iti (Almanca: Berner Sennenhund və ya "Dürrbächler") — İsveçrənin Bern şəhəri və Alp dağlarından yayılmış böyük bir it növü. Bu növ, "Sennenhund" tipi itlərin dörd növündən biridir və kökləri Roma mastiflərinə qədər uzanır. "Berner" (ingiliscə Bernese) adı, itin mənşəyinin Bern kantonundan gəldiyini göstərir, "Sennenhund" isə alman dilində "alpin otlaq" mənasını verən "Senne" və "it" mənasını verən "Hund" sözlərindən yaranmışdır.

Tarix Tarixən, bəzi bölgələrdə bu növ "Dürrbachhund" və ya "Dürrbächler" adlanırdı.. Notice the variety in appearance of the original type Bunun səbəbi, böyük itlərin xüsusilə "Dürrbach" qəsəbəsində yayılması idi.Bernese Mountain Dog, Berner Sennenhund, Dürrbächler, Vertebrate Animals Department, Naturhistorische Museum Bern (in English) Bu itlərin kökləri Roma mastiflərinə qədər uzanır. Növ, ferma iti kimi istifadə edilərək, əmlakı qorumaq və mal-qaranı fermadan otlaqlara qədər uzaq məsafələrə sürüb aparmaq üçün istifadə edilirdi. Fermerlər itlərdən süd və pendir dolu arabaları daşımaq üçün də istifadə edirdilər və yerli sakinlər tərəfindən onlar "Pendir İtləri" adlandırılırdı. 1900-cü illərin əvvəllərində, növün pərəstişkarları Bern şəhərində keçirilən sərgilərdə bu böyük itlərin nümunələrini nümayiş etdirdilər. 1907-ci ildə Burgdorf bölgəsindən bir neçə yetişdirici ilk növ klubu olan "Schweizerische Dürrbach-Klub"u qurdu və ilk standartı yazdı. Bu standart itləri ayrı bir növ kimi təyin edirdi. 1910-cu ilə qədər artıq 107 qeydiyyatdan keçmiş növ üzvü var idi. 1905-ci ildə çəkilmiş bir fotoşəkildə, ABŞ-ın Miçiqan ştatının "Guinnesec" şəhərindəki "Fumee Fall" istirahət zonasında işləyən Bern dağ iti görünür. 1937-ci ildə "American Kennel Club" bu növü tanıdı. Bu gün klub, onu "İşçi Qrupu"nun üzvü kimi təsnif edir. ABŞ-də Bern dağ iti getdikcə daha populyarlaşır və 2017-ci ildə "American Kennel Club" tərəfindən 21-ci yerdə qərarlaşmışdır. , The American Kennel Club, Retrieved 09 April 2023 Alman dilli ölkələrdə bu itlər ailə iti kimi çox məşhurdur. 2014-cü ildə "Alman İt Yetişdiriciləri Assosiasiyası" Bern dağ itini 11-ci yerdə qeyd etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri Kateqoriya:Çoban itləri