Güclü sosiologiya () — elmin sosioloji tədqiqinə dair 1970–1980-ci illərdə yaranmış yanaşma forması.David Bloor, "The strengths of the strong programme." Scientific rationality: The sociological turn (Springer Netherlands, 1984) pp. 75-94. Bu nəzəri yanaşma ilk dəfə Edinburq məktəbinin nümayəndələri tərəfindən irəli sürülmüş və elmi biliklərin həm doğru, həm də yanlış formalarının bərabər şəkildə sosial-mədəni kontekstlərdə araşdırılmasının vacibliyini vurğulamışdır.

Bu yanaşma elmin təkcə texniki və obyektiv proses olmadığını, onun sosial, mədəni və siyasi amillərlə sıx bağlı olduğunu göstərmişdir. Elmi biliklərin formalaşmasında maraqların, institutların və güc münasibətlərinin rolu araşdırılmışdır. Güclü sosiologiya, daha sonra formalaşan elmin fəlsəfəsi, elmin antropologiyası və elmi biliyin sosiologiyası kimi sahələrə təsir göstərmişdir.Donald MacKenzie, "Notes on the science and social relations debate." Capital & Class 5.2 (1981): 47-60.

Tarixi Güclü sosiologiya anlayışı 1970-ci illərdə Şotlandiyanın Edinburq Universitetində çalışan Devid Blur tərəfindən formalaşdırılmışdır.Harry M. Collins, "Introduction: Stages in the empirical programme of relativism." Social studies of science (1981): 3-10. in JSTOR Bu yanaşma elmi bilikləri yalnız obyektiv və rasionallaşdırılmış həqiqətlər kimi deyil, eyni zamanda sosial konstruksiyalar kimi təhlil etməyə çağırırdı. Güclü proqram adlanan bu yanaşma, ənənəvi "zəif sosiologiya"dan fərqli olaraq, yalnız səhv elmi inancları deyil, eyni zamanda doğru qəbul edilən elmi bilikləri də sosial izahla analiz edir.Wiebe E. Bijker, et al. The social construction of technological systems: New directions in the sociology and history of technology (MIT press, 2012)

Devid Blur güclü sosiologiyanın dörd əsas prinsipini müəyyənləşdirmişdir:David Bloor, Knowledge and Social Imagery (1976)

Nəticəlilik – elmi biliklərin yaranmasının və yayılmasının səbəbləri aydın şəkildə izah edilməlidir. Tərəfsizlik – düzgün və yanlış elmi inanclar eyni dərəcədə izah edilməlidir. Simmetriya – eyni səbəblər həm doğru, həm də yanlış biliklərin formalaşmasında tətbiq olunmalıdır. Refleksivlik – bu prinsiplər sosioloqun öz elmi fəaliyyətinə də tətbiq olunmalıdır.

XXI əsrdə güclü sosiologiyanın bəzi prinsipləri elmin tənqidi tədqiqatlarında istifadə olunmağa davam edir. Xüsusilə texnoloji və tibbi biliklərin yaranma proseslərinin sosial analizində bu yanaşma aktual olaraq qalır.

Həmçinin bax

Elmin sosiologiyası Elmi biliyin sosiologiyası Sosial konstruktivizm Bilik sosiologiyası

İstinadlar

Biblioqrafiya Barnes, B. (1977). Interests and the Growth of Knowledge. London: Routledge & Kegan Paul. Barnes, B. (1982). T. S. Kuhn and Social Science. London: Macmillan. Barnes, B. (1985). About Science. Oxford: Blackwell. Barnes, B. (1987). 'Concept Application as Social Activity', Critica 19: 19–44. Barnes, B. (1992). "Realism, relativism and finitism". Pp. 131–147 in Cognitive Relativism and Social Science, eds. D. Raven, L. van Vucht Tijssen, and J. de Wolf. Barnes, B., D. Bloor, and J. Henry. (1996), Scientific Knowledge: A Sociological Analysis. University of Chicago Press. [An introduction and summary of strong sociology] Bijker, Wiebe E., et al. The social construction of technological systems: New directions in the sociology and history of technology (MIT press, 2012) Bloor, D. (1991 ), Knowledge and Social Imagery, 2nd ed. Chicago: University of Chicago Press. [outlines the strong programme] Bloor, D. (1997). Wittgenstein, Rules and Institutions. London: Routledge. Bloor, D. (1999). "Anti-Latour," Studies in the History and Philosophy of Science Part A 20#1 pp: 81–112. Collins, Harry, and Trevor Pinch. The Golem at large: What you should know about technology (Cambridge University Press, 2014) Latour, B. (1999). "For David Bloor and Beyond ... a reply to David Bloor's 'Anti-Latour'," Studies in History & Philosophy of Science Part A 30(1): 113–129.

Xarici keçidlər STS Wiki WTMC Wiki Historical sociologist Simon Schaffer is interviewed on SSK Historical sociologist Steven Shapin is interviewed on SSK Strong Programme in Sociology of Knowledge and Actor-Network Theory: The Debate within Science Studies (includes questions posed to David Bloor and Bruno Latour, in Appendix)

Kateqoriya:Sosiologiya Kateqoriya:Elmin sosiologiyası Kateqoriya:Elmi nəzəriyyələr Kateqoriya:Epistemologiya Kateqoriya:Fəlsəfi hərəkatlar