"Am İsrael xay!" (, ) — yəhudi həmrəyliyini və qardaşlığını ifadə edən, yəhudi xalqının davamlılığını təsdiqləyən ivrit dilində şüar.

thumb|right|Şüar 7 oktyabr hadisələrindən sonra zədələnmiş avtomobillərin təxliyə edildiyi yerdə, zərərçəkənlərin xatirəsinə və anılmasına çevrilmiş yerlərdə spontan şəkildə istifadə edilmişdir.

Bu ifadə SSRİ yəhudilərinin hüquqları uğrunda mübarizə aparan tələbə təşkilatının fəaliyyəti ilə bağlı populyarlaşmışdır. 1965-ci ildə yəhudi mahnı müəllifi Şlomo Karlebax Nyu-Yorkda keçirilən həmrəylik mitinqi üçün mahnı yazmışdır. O vaxtdan bəri bu ifadə, xüsusilə İsrailin müharibələri və fəlakət dövrlərində yəhudilərin ruhunu və birliyini gücləndirmək üçün tez-tez istifadə olunur.

ABŞ-nin yəhudi nəşri olan "The Forward"a görə, "Am İsrael xay" şüarı İsrailin hazırkı dövlət himni "Hatikva"dan sonra ikinci yerdə olaraq "yəhudi xalqının himni"dir.

Yaranması "Am İsrael xay" şüarının bir versiyası 1895-ci ildə sionist mahnı kitabında ortaya çıxmışdır. Sonradan bu ifadə müxtəlif melodiyalara qoyulmuş və 1927-ci ildə "Popular Jewish Melodies" nəşrində notlarla çap edilmişdir. Şüar sionist ədəbiyyatında, xüsusən nəsrdə də populyarlıq qazanmışdır.

"Am İsrael xay" ifadəsi 1933-cü ildə nasist rejiminə qarşı iqtisadi boykot yolu ilə mübarizə aparmaq üçün çağırılmış İkinci Ümumdünya Yəhudi Konfransında qeyd edilmişdir. Sionist liderlərdən biri olan Stiven Semyuel Vayz son nitqini dinləyicilərə belə yekunlaşdırmışdır:

"Am İsrael xay" mahnısı təxminən 1938-ci ildə Çikaqoda tərtib edilmiş "Songs of My People" mahnı kitabına daxil edilmişdir.

20 aprel 1945-ci ildə Bergen-Belsen həbs düşərgəsinin azad edilməsindən beş gün sonra, Britaniya ordusunun ravvini Lesli Hardman keçmiş məhbuslardan bir neçə yüz nəfərlə Şabbat mərasimi keçirmişdir. BBC radiosunun jurnalisti Patrik Qordon Vokerin mərasimi yazdığını bilən yəhudi hərbi ravvin mərasimin sonunda bir qrupun sionist himni "Hatikva"nı ifa etməsindən sonra "Am İsrael xay! İsrail övladları hələ də yaşayır" deyə elan etmişdir.

1945–1946-cı illərdə Münhendə keçmiş Müqəddəs Ottilyen həbs düşərgəsinin orkestrin konsert səhnəsinin ön hissəsində "Am İsrael xay" sözləri həkk olunmuşdur.

1948-ci ildə amerikalı jurnalist Kventin Reynolds bildirmişdir ki, naməlum bir şəxs qədim Roma dövrünə aid, 66–73-cü illərdə baş tutmuş Yəhudi müharibəsində Romanın Yerusəlimi fəth etməsinin xatirəsinə ucaldılmış Titus tağında "Am İsrael xay" ifadəsini oymuşdur. Ehtimal edilir ki, bu yazı İkinci Dünya müharibəsi zamanı həkk olunmuşdur.

İstinadlar

Kateqoriya:İvrit dilində sözlər və ifadələr Kateqoriya:Sionizm Kateqoriya:İsrail mahnıları