thumb|upright=1.25|Eramızdan əvvəl 4-cü minillikdən əvvəl icad edilən təkər ən çox yayılmış və vacib texnologiyalardan biridir. Təxminən eramızdan əvvəl 2500-cü ilə aid Ur standartındakı bu detal Şumer arabasını göstərir.

Texnologiya tarixi () — insanların alətlər və texniki sistemlər vasitəsilə həyatlarını asanlaşdırmaq, ehtiyaclarını ödəmək və yeni imkanlar yaratmaq məqsədilə göstərdiyi fəaliyyətlərin və bu fəaliyyətlər nəticəsində yaranmış bilik və vasitələrin zamanla inkişafını izah edən bir elmi sahə. Texnologiya tarixi, arxeologiya, elm tarixi, iqtisadi tarix, sosial tarix və mədəniyyət tarixi kimi sahələrlə sıx əlaqəlidir.

Antik və erkən texnologiya İnsan texnologiyasının başlanğıcı Paleolit dövrünə – yəni təxminən 2,5 milyon il əvvələ gedib çıxır. Bu dövrdə insanlar daşdan kəsici alətlər, ox ucluqları və s. hazırlayırdılar. Ocaqdan istifadə, qida bişirmə, geyim üçün dəridən istifadə, sadə ov tələləri və s. bu dövrdə yaranmış əsas texnoloji nailiyyətlərdəndir. Neolit dövründə təxminən e.ə. 10.000-ci illərdən başlayaraq insanlar kənd təsərrüfatı ilə məşğul olmağa başlamış, heyvanları əhliləşdirmiş və daimi yaşayış məskənləri yaratmışlar. Bu, "Neolit inqilabı" kimi tanınır və texnologiyada mühüm sıçrayış nöqtəsidir. Torpaq becərmək üçün taxta və daşdan alətlər, suvarma kanalları, toxuculuq texnologiyası və saxsı qablar bu dövrdə meydana çıxmışdır.

Metallurgiyanın inkişafı ilə insanlar əvvəlcə mis, sonra isə mis və qalayın birləşməsindən əldə edilən bürüncdən alətlər hazırlamağa başladılar. Bu dövr təxminən e.ə. 3300-cü ildə Mesopotamiyada başlamışdır. Metal alətlər daha davamlı idi və texnologiyanın daha da inkişafını stimullaşdırdı.Daniele Archibugi, and Mario Planta. "Measuring technological change through patents and innovation surveys." Technovation 16.9 (1996): 451–519.

Dəmir dövründə (təxminən e.ə. 1200-cü ildən başlayaraq) dəmirin əridilməsi və işlənməsi texnologiyası yayıldı. Bu dövrdə kənd təsərrüfatı alətləri və silahlar daha effektiv oldu. Dəmir dövrü texnologiyaları, əhali artımını və şəhər mərkəzlərinin inkişafını sürətləndirdi.

Antik dövrün texnoloji nailiyyətləri Antik sivilizasiyalarda texnologiya mühüm rol oynamışdır. Misir, Mesopotamiya, Çin, Hindistan və Qədim Yunanıstan mədəniyyətləri texnologiya sahəsində önəmli nailiyyətlərə imza atmışdır. Misirdə piramidaların tikintisi, suvarma sistemləri və tibb; Mesopotamiyada yazı texnologiyası (mixi yazı); Hindistanda sıfır anlayışı və astronomiya; Çində kağız, pusula və ipək istehsalı mühüm texnoloji nailiyyətlər idi.

Qədim Roma texnologiyası isə əsasən infrastrukturun inkişafına yönəlmişdi. Akveduklar, yollar, amfiteatrlar, istilik sistemi (hypocaust), su dəyirmanları və sement istifadəsi bu dövrün texnoloji üstünlükləridir. Orta əsrlərdə texnologiyanın inkişafı daha çox İslam qızıl dövrü ilə əlaqələndirilir. Əl-Zəhravi, Əl-Biruni, İbn Sina, Əl-Cəzirinin əsərləri texnologiya və mühəndislik sahəsində önəmli biliklər təqdim etmişdir. Su saatları, avtomatlaşdırılmış cihazlar, mexaniki alətlər, hidravlik sistemlər və əczaçılıq texnologiyası bu dövrdə inkişaf etmişdir.Avropada isə kənd təsərrüfatında şum maşınları, atlı yəhər və su dəyirmanları yayılmışdır. Monastır sistemləri bilik və texnologiyanın qorunduğu əsas mərkəzlərə çevrilmişdi. Renessans dövründə texnologiyanın elmlə birləşməsi gücləndi. Leonardo da Vinçinin mühəndislik layihələri, Qutenberqin çap maşını, dənizçilik texnologiyalarında irəliləyişlər və yeni kəşflər texnologiyada sıçrayış yaratdı.Sənaye inqilabı texnologiyanın tarixində dönüş nöqtəsidir. XVIII əsrin sonlarında İngiltərədə başlayan bu inqilab buxar maşını, toxuculuq dəzgahları, dəmir yolları, kömür və polad sənayesinin inkişafı ilə xarakterizə olunur. Sənaye inqilabı texnologiyanın gündəlik həyatın bütün sahələrinə nüfuz etməsinə səbəb oldu.

XX əsr və informasiya texnologiyaları XX əsrdə texnologiya inanılmaz sürətlə inkişaf etmişdir. Elektrik enerjisi, daxiliyanma mühərriki, təyyarə, avtomobil, radio və televizor gündəlik həyatın ayrılmaz hissəsinə çevrildi. İkinci Dünya müharibəsi zamanı radar, reaktiv mühərrik və kompüter texnologiyaları inkişaf etdirildi.

1950-ci illərdən sonra kompüter texnologiyası, mikroelektronika, informasiya texnologiyaları, internet, mobil rabitə, süni intellekt və robototexnika sahələrində böyük sıçrayışlar baş verdi. Bu texnologiyalar qlobal iqtisadiyyatı, cəmiyyəti və mədəniyyəti dərindən dəyişdi.

XXI əsrdə texnologiyanın rolu Müasir dövrdə texnologiya yalnız istehsal və rabitə sahələrində deyil, həm də tibb, təhsil, ekologiya, kənd təsərrüfatı və nəqliyyat sahələrində həlledici rol oynayır.Böyük verilənlər, bulud hesablamaları, kvant texnologiyası, biotexnologiya, gen mühəndisliyi və nanotexnologiya XXI əsrin texnoloji inkişafına istiqamət verən əsas sahələrdir.

Texnologiya tarixinin tədqiqi Texnologiya tarixinin öyrənilməsi yalnız texniki nailiyyətlərin ardıcıllığını deyil, həm də bu nailiyyətlərin sosial, iqtisadi və mədəni təsirlərini araşdırmağı nəzərdə tutur. Melvin Krantsberq, Lyuis Mamford, Tomas Hyuz və Devid Nay kimi alimlər texnologiyanın insan cəmiyyətindəki yerini və onun tarixi transformasiyalarını izah etməyə çalışmışlar.

Əhəmiyyətli texnoloji mərhələlər Neolit inqilabı Metallurgiyanın inkişafı Yazı və çap texnologiyası Mexaniki enerji və sənaye inqilabı Elektrik və rabitə texnologiyaları Kompüter və informasiya texnologiyaları Genom və nanotexnologiya inqilabı

Növlərə görə

Biotexnologiya

Kənd təsərrüfatı və qida texnologiyası zaman cədvəli Biotexnologiya zaman cədvəli

Mülki mühəndislik

Mülki mühəndislik Memarlıq və bina tikintisi Körpülər, limanlar, tunellər, bəndlər Geodeziya, alətlər və xəritələr, kartoqrafiya, şəhər mühəndisliyi, su təchizatı və kanalizasiya

Kommunikasiya

Kommunikasiyalar Yazı sistemilər Telekommunikasiya Mobil telefonların tarixi Animasiyanın tarixi Yayımların tarixi Radarın tarixi Radionun tarixi Çap Kino Radio Televiziya İnternet

Hesablama texnologiyası

Hesablama zaman cədvəli 1960-cı illərədək hesablama avadanlığının tarixi 1960-cı illərdən bu günədək hesablama avadanlığının tarixi Şərq Bloku ölkələrində kompüter avadanlığının tarixi Kompüter elmlərinin tarixi Əməliyyat sistemlərinin tarixi Proqram mühəndisliyinin tarixi Proqramlaşdırma dillərinin tarixi Süni intellektin tarixi Qrafik interfeysin tarixi İnternetin tarixi Vorld Vayd Veb-in tarixi Sərbəst və açıq mənbə proqram təminatı zaman cədvəli Video oyunların tarixi Kvant hesablama və kommunikasiya zaman cədvəli

İstehlakçı texnologiyası

İşıqlandırma texnologiyası zaman cədvəli Geyim və tekstil tarixi Materialşünaslığın tarixi Ailə və istehlakçı elmi Toxuculuğun tarixi Linza istehsalının tarixi Stulun tarixi Çətirin tarixi İstehsalat

Elektrik mühəndisliyi

Elektrik və elektron mühəndisliyi zaman cədvəli

Enerji

Enerji (Tarix, İnsan istifadəsi, Əlavə bax) Kömür mədənçiliyinin tarixi Əbədi hərəkət maşınlarının tarixi İstilik mühərriki texnologiyası zaman cədvəli Buxar enerjisi zaman cədvəli Günəş batareyaları zaman cədvəli Hidrogen texnologiyaları zaman cədvəli Spirt yanacağı zaman cədvəli Nüvə birləşməsi texnologiyası zaman cədvəli

Materialşünaslıq

Material texnologiyası zaman cədvəli Metallurgiya

Ölçmə

ABŞ-da zamanın tarixi Zaman ölçən cihazların tarixi

Tibb

Hərbi texnologiya

Hərb tarixi#Texnoloji inkişaf :Kateqoriya:Hərb tarixi – müəyyən texnologiyaların tarixi haqqında məqalələr

Nüvə texnologiyası

Manhetten layihəsi Atom dövrü Nüvə sınaqları Nüvə silahlanma yarışı

Elm və texnologiya

Elmdə illərin siyahısı Teleskopun tarixi Teleskoplar, observatoriyalar və müşahidə texnologiyası zaman cədvəli Mikroskop texnologiyası zaman cədvəli Hissəcik fizikası texnologiyası zaman cədvəli Aşağı temperatur texnologiyası zaman cədvəli Temperatur və təzyiq ölçmə texnologiyası zaman cədvəli Kosmos uçuşu zaman cədvəli

Nəqliyyat

Avtomobilin tarixi Velosipedin tarixi Aviasiya zaman cədvəli Reaktiv enerjisi zaman cədvəli Dənizçilik zaman cədvəli Mühərrik və motor texnologiyası zaman cədvəli Motorlu velosiped tarixi zaman cədvəli Fotoqrafiya texnologiyası zaman cədvəli Dəmir yolu tarixi zaman cədvəli Raket və raket texnologiyası zaman cədvəli Kosmos uçuşu zaman cədvəli Kommunikasiya tarixi

İstinadlar

Ədəbiyyat

Brush, S. G. (1988). The History of Modern Science: A Guide to the Second Scientific Revolution 1800–1950. Ames: Iowa State University Press. Bunch, Bryan and Hellemans, Alexander, (1993) The Timetables of Technology, New York, Simon & Schuster. Castro, J. Justin. "History of technology in nineteenth and twentieth century Latin America," History Compass 18#3 (2020) https://doi.org/10.1111/hic3.12609 Derry, Thomas Kingston and Williams, Trevor I., (1993) A Short History of Technology: From the Earliest Times to A. D. 1900 New York: Dover Publications. Greenwood, Jeremy (1997) The Third Industrial Revolution: Technology, Productivity and Income Inequality AEI Press. Kranzberg, Melvin and Pursell, Carroll W. Jr., eds. (1967) Technology in Western Civilization: Technology in the Twentieth Century New York: Oxford University Press. Manuel de Landa, War in the Age of Intelligent Machines, 2001.

Olby, R. C. et al., eds. (1996). Companion to the History of Modern Science. New York, Routledge. Pacey, Arnold, (1974, 2ed 1994), The Maze of Ingenuity, The MIT Press, Cambridge, Mass, Popplow, Marcus, Technology , EGO – European History Online , Mainz: Institute of European History , 2017, retrieved: March 8, 2021 (pdf ). Singer, C., Holmyard, E. J., Hall, A. R. and Williams, T. I. (eds.), (1954–59 and 1978) A History of Technology, 7 vols., Oxford, Clarendon Press. (Vols 6 and 7, 1978, ed. T. I. Williams)

Xarici keçidlər

Electropaedia on the History of Technology MIT 6.933J – The Structure of Engineering Revolutions. From MIT OpenCourseWare, course materials (graduate level) for a course on the history of technology through a Thomas Kuhn-ian lens. Concept of Civilization Events. From Jaroslaw Kessler, a chronology of "civilizing events". Ancient and Medieval City Technology Society for the History of Technology Giants of Science (website of the Institute of National Remembrance)

Kateqoriya:Tarix siyahıları Kateqoriya:Texnologiya siyahıları