Tasnim Xəbər Agentliyi () — İranda yerləşən xəbər agentliyi. Agentlik 11 noyabr 2012-ci ildə yaradılmış və digər sahələrlə yanaşı, müxtəlif siyasi, sosial, iqtisadi və beynəlxalq məsələlər ilə əlaqədar olan xəbərlər verir. Mərkəzi ofisi Tehran şəhərində yerləşir.
Tasnim Xəbər Agentliyi altı dildə fəaliyyət göstərir: fars, ingilis, ərəb, türk, urdu və ivrit.
Tasnim Xəbər Agentliyinin İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələri mövcuddur.
2018-ci ilin əvvəlinə qədər agentliyin fotoqrafları tərəfindən çəkilmiş 15 000-dən çox pulsuz fotoşəkil Wikimedia Commonsa yüklənmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ildə yaradılmış media şirkətləri Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu Kateqoriya:İranda siyasət Kateqoriya:Tehran təşkilatları Kateqoriya:İran xəbər agentlikləri Kateqoriya:Tehran kütləvi informasiya vasitələri Kateqoriya:Creative Commons lisenziyalı veb-saytlar Kateqoriya:İran etirazları (2025–2026) Kateqoriya:2012-ci ildə yaradılmış dövlət orqanları Kateqoriya:Çoxdilli xəbər xidmətləri Kateqoriya:İran cəmiyyəti Kateqoriya:İran qəzetləri