Mühafizəçilər və ya Qoruyucular () — Zak Snayderin rejissorluğu ilə çəkilmiş 2009-cu ilin superqəhrəman filmidir. Film, Alan Mur və Deyv Qibbonsun 1986-cı ildə nəşr olunmuş Mühafizəçilər () adlı komiks seriyasına əsaslanır. Filmdə əsas rolları Patrik Vilson, Ceki Erl Heyli, Malin Akerman, Billi Krudap, Ceffri Din Morqan, Metyu Qud, Stiven MakHetti, Mett Früer və Karla Qucino ifa etmişdir. Filmin çəkilişləri, filmin nümayiş tarixi 6 mart 2009-cu il müəyyən edildiyi üçün 2007-ci ilin oktyabr ayında başlamışdır. Snayder əvvəlki filmi olan 300 spartalıda komikslərdəki hekayəyə müvafiq olaraq modelləşdirmələr etmiş olsa da, lakin bu filmin çəkilişləri zamanı bu üsuldan istifadə etməmişdir.
Layihəyə prodüser Lourens Qordon 20th Century Fox, rejissor Terri Qilliam və prodüser Coel Silver (Warner Bros.) ilə bərabər başlamışdır. 2000-ci illərdə Qordon və Lloyd, Devid Hayterin yazdığı ssenarini ekranlaşdırmaq üçün Universal Studios və Paramount Pictures ilə əməkdaşlıq etmişdirlər. Bu film büdcə ilə bağlı problemlərə görə ləğv edilmişdi. Lakin film ləğv edilməzdən əvvəl Paramount Pictures studiyası Pol Qrinqrass və Darren Aronofski ilə danışıqlar aparmışdır. Layihə Warner Bros. studiyasına qayıtdıqdan sonra, filmin rejissorluğuna Snayder dəvət olunmuşdur (Paramount isə filmin beynəlxalq distribütöru kimi qalmışdır). Fox, Qordonun 1991-ci ildə filmin müəllif hüquqlarını satın almasına görə Warner Bros. şirkətini məhkəməyə vermişdir. Bu isə digər studiyalara filmin inkişafını təmin etməyə imkan yaratmışdır. Nəticədə isə Warner Bros. və Fox filmin əvvəlcədən müəyyən olunmuş tarixdə nümayişə çıxarılması və Foxun filmin gəlirlərindən pay sahibi olması haqqında razılığa gəlmişdirlər.
Süjet xətti
Filmdə hadisələr 1985-ci ildə Amerikada – paralel reallıqda baş verir. Paralel dünyada superqəhrəmanlar cəmiyyətin ayrılmaz hissəsinə çevriliblər. Dünyanın hegemon dövlətlərinin toqquşması üçün geriyə sayım başlanıb. Qiyamət Günü Saatının əqrəbləri 22.55-də donub. Heç vaxt maskasını üzündən çıxarmayan superqəhrəman Rorşah dostlarından birinin qətlindən sonra, ədalət qılıncını öz əlinə almalı olur. O keçmişin və gələcəyin superqəhrəmanlarının məhv etməyə yönəlmiş “böyük suiqəsd planının” üstünü açır. Ədalətin bərqərar olması uğrunda mübarizə üçün həmkarlarını bir araya gətirir. Lakin o tədricən bu düşmənin irimiqyaslı “suiqəsd planının” “Qoruyucuların” ümumi keçmişi ilə bağlı olduğunu anlamağa başlayır. Bu plan gerçəkləşsə gələcəkdə qorxulu fəsadlara yol aça bilər...
Rollarda
Robert Uizden — Riçard Nikson Martin Reiss — Leonid Brejnev Con Kobılka — Fidel Kastro Frenk Novak — Henri Kissincer Brett Stimili — Con Kennedi Kerri Henzel — Jaklin Kennedi Qreq Trevis — Endi Vorhol Qreq Morris — Trumen Kapote D. R. Killiqrev — Devid Boui Stiven Stoykoviç — Mik Caqqer Ed Metsger — Albert Eynşteyn Lora Mennell — Ceni Sleyter Cey Brazo — Bernard, qəzet köşkünün sahibi Kolin Lourens — polis zabiti Kirkpatrik Darren Şahlavi — Nyu-York xüsusi təyinatlısı Maykl Eklund — izdihamdakı kişi Zak Snayder — Vyetnam əsgəri Patrik Sabonquy — “Təpə düyünü” dəstəsinin lideri Maykl Adamtueyt — “Təpə düyünü” dəstəsinin üzvü
İstinadlar
Biblioqrafiya
Xarici keçidlər
Official website
Kateqoriya:2009-cu ilin döyüş filmləri Kateqoriya:2000-ci illərin antiutopik filmləri Kateqoriya:2000-ci illərin elmi fantastika döyüş filmləri Kateqoriya:2000-ci illərin superqəhrəman filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin alternativ tarix filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:Superqəhrəman dram filmləri Kateqoriya:Legendary Pictures filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Vyetnam müharibəsi filmləri Kateqoriya:Alan Murun əsərlərinə əsaslanan filmlər Kateqoriya:IMAX filmləri Kateqoriya:Ən Yaxşı Fantastika filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:DC Comics-ə əsaslanan filmlər Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Rejissor Zak Snayderin filmləri Kateqoriya:Laurens Qordonun prodüseri olduğu filmlər Kateqoriya:Debora Snayderin prodüseri olduğu filmlər Kateqoriya:Tomas Tullun prodüseri olduğu filmlər Kateqoriya:Devid Heyterin ssenari müəllifi olduğu filmlər Kateqoriya:Bəstəkar Tayler Beytsin filmləri Kateqoriya:1939-cu il haqqında filmlər Kateqoriya:1940-cı illər haqqında filmlər Kateqoriya:1959-cu il haqqında filmlər Kateqoriya:1963-cü il haqqında filmlər Kateqoriya:1970-ci il haqqında filmlər Kateqoriya:1971-ci il haqqında filmlər Kateqoriya:1985-ci il haqqında filmlər Kateqoriya:Antarktida haqqında filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Vyetnam haqqında filmlər Kateqoriya:Həbsxana filmləri Kateqoriya:Həbsxana haqqında filmlər Kateqoriya:Vankuverdə çəkilən filmlər Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:Riçard Nikson haqqında mədəni təsvirlər Kateqoriya:Mars haqqında filmlər Kateqoriya:Qərəz haqqında filmlər Kateqoriya:Soyqırımı haqqında filmlər Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Neonuar Kateqoriya:Dramlar Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:2000-ci illərin vigilante filmləri Kateqoriya:Alternativ tarix filmləri Kateqoriya:Warner Bros. Pictures franşizaları Kateqoriya:Cruel and Unusual Films Kateqoriya:Uydurmada soyqırımı