Ermənistanda 2021-ci il iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilib.

2018-ci ildən baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 2021-ci ilin aprelində istefa verib və ardınca mayın 10-da yeddinci Milli Assambleya buraxılıb. Paşinyan seçkilər keçirilənə qədər baş nazir səlahiyyətlərini icra etməyə davam etdi. Seçkilərdən sonra Paşinyanın Mülki Müqaviləsi partiyası 54% səs toplayıb və 107 yerlik parlamentdə çoxluq təşkil edən 71 yer qazanıb. Müxalif Ermənistan Alyansı 29 mandatla ikinci, “Mən Şərəf Alyansı” isə 7 mandat qazanıb. Heç bir başqa partiya və ya alyans mandat qazanmaq üçün tələb olunan seçki baryerini keçə bilməyib. Müxalifət seçkilər zamanı seçki saxtakarlığının olduğunu iddia etdi, ATƏT isə seçkiləri beynəlxalq standartlara uyğun olaraq qiymətləndirdi və onu belə xarakterizə etdi; "Getdikcə daha da qızışdıran ritorika ilə pozuldu", lakin "ümumilikdə müsbət" idi.

İstinadlar

Kateqoriya:Ermənistan parlamenti Kateqoriya:Parlament seçkiləri Kateqoriya:Ermənistanda seçkilər