Hapsiyaş körpüsü və ya Kirəmitli körpü () — Trabzon vilayətinin Of distriktində yerləşən Bölümlü məhəlləsindəki Əbdüləziz Sandıqçı tərəfindən 1935-ci ildə inşa edilmiş tarixi körpü. Cümhuriyyət dövründən qalan körpü o illərdə piyada, avtomobil və heyvanların hərəkəti üçün istifadə edilən körpülərdən biri olub.

Tarixi 1935-ci ildə Əbdüləziz Sandıqçı tərəfindən Bölümlü məhəlləsi üçün piyadaların keçidini təmin etmək üçün inşa edilən Kirəmitli körpü bölgə və məhəllə üçün ən əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrildi. Körpünün yerləşdiyi Solaklı çayının sahilində gəzinti yolu, istirahət zonası, körpü ilə iç-içə olan baxış terrası da var. Yeri Hapsiyaş körpüsü Bölümlü məhəlləsindən 1,54 km, Ofdan 14 km, Trabzondan isə 64 km və bölgənin əhəmiyyətli turistik yerlərindən biri olan Uzungöldən 25 km uzaqlıqda yerləşir.

Restavrasiyası Körpü tikintisindən 52 il sonra, 1987-ci ildə 10-cu Avtomobil Yolları Regional Müdirliyi tərəfindən ilkin vəziyyətinə qaytarılıb. İkinci dəfə bərpası isə düz 15 ildən sonra Trabzon valiliyi tərəfindən həyata keçirilib. Tikinti materialı Körpü ilk dəfə tikiləndə o vaxtlar dəbdə olan kirəmit və ağacdan hazırlanmış və qayaların üzərində tikilmişdir. Sonralar 1987 və 2002-ci illərdə aparılan bərpa işləri nəticəsində ilkin xüsusiyyətini itirsə də, təbiiliyi hələ də qorunub saxlanılmışdır. İstinadlar

Kateqoriya:Trabzon tarixi Kateqoriya:XX əsrdə tikilmiş körpülər Kateqoriya:Türkiyədəki körpülər