İbn Məsum () və ya Seyid Əlixan Sədrəddin əl-Mədəni əl-Haşimi əş-Şirazi (; ) — şiə tarixçi, şair, rical alimi. O, Mədinədə Haşimi ailəsində anadan olmuşdur. Onun nəsli Zeyd ibn Əliyə gedib çıxır. O, şiələrin tarixindən bəhs edən "Əd-dərəcatur-rəfiə fi təbəqatiş-şiə" adlı əsərin müəllifidir.
Həyatı Seyid Əlixan, Mədəni nisbəsi ilə yanaşı dərs dediyi və vəfat etdiyi Şiraz şəhərinin nisbəsini də daşıyır.
Seyid Əlixan Şirazi təhsilini doğulduğu Mədinə şəhərində almış, sonra 1658-ci ildə atası ilə birlikdə Hindistanın Heydərabad məntəqəsinə köçmüş və 48 il orada yaşamışdır. Ömrünün çox hissəsini Hindistanda keçirmiş, Heydərabadda yaşayarkən İmam Rzanın məqbərəsini ziyarət etmişdir.Qulamhəsən Məhərrəmi, Tarixdə İmamət məktəbi, səh.13, Qədim Qala nəşriyyatı, Bakı 2018 Moğol imperiyasında hərbi vəzifə sahibi olmuş, sonra istefa verib Şirazda məskunlaşmışdır. Moğol hökmdarı ona "Xan" titulu vermişdir.
Seyid Əlixan Mədəni hicri 1117-ci ildə Səfəvi hökmdarı Şah Sultan Hüseynin vaxtında İsfahana gəlmiş və 2 il burada yaşamışdır. 2 ildən sonra isə Şiraza getmiş, oranın dini və elmi rəhbərliyini öz öhdəsinə götürmüşdür.Şirazi, Seyid Əlixan, "Əd-dərəcatur-rəfiə fi təbəqatiş-şiə", səh.3–4, Vəfa nəşriyyatı, Beyrut İbn Məsum Ömrünün sonuna kimi Şirazda qalmış və orada vəfat etmişdir.
Əsərləri İbn Məsumun fiqh, ədəbiyyat və şeirlə bağlı çox saylı əsərlər qələmə almışdır: "Riyaz əs-Salehin", "Səlvətül-Qərib", "Usvətül-Ədib", "Əd-dərəcatur-rəfiə fi təbəqatiş-şiə" və s.
İstinadlar
Kateqoriya:Şirazda vəfat edənlər Kateqoriya:1708-ci ildə vəfat edənlər Kateqoriya:Mədinədə doğulanlar Kateqoriya:1 sentyabrda doğulanlar Kateqoriya:1642-ci ildə doğulanlar