Hexagrammidae — Yaşıl balıqlar (greenlings) fəsiləsi, "Perciformes" dəstəsinin "Cottoidei" yarımdəstəsinə aid olan dəniz şüaüzgəcli balıqlar fəsiləsi. Bu balıqlara Şimal Sakit okeanında rast gəlinir.

Taksonomiya

"Hexagrammidae" fəsiləsi ilk dəfə 1888-ci ildə amerikalı ixtioloq David Star Cordan tərəfindən təqdim edilmişdir. "Fishes of the World" kitabının 5-ci nəşri bu fəsiləni "Scorpaeniformes" dəstəsinin "Cottoidei" yarımdəstəsinə daxil olan "Hexagrammoidea" üst fəsiləsində yeganə fəsilə kimi təsnif edir.

Yayılması və yaşayış yeri

"Hexagrammidae" fəsiləsi Şimal Sakit okeanına endemikdir və subarktik və mülayim regionlarda tapılır. Yalnız bir növ, "Hexagrammos stelleri", Arktik okeanında da tapılır. Onlar qabarma zonasından 600 m (2000 fut) dərinliyə qədər olan sularında yaşayır, lakin əksəriyyəti 200 m (660 fut) dərinlikdəki kontinental şelf sularında tapılır.

İstinadlar

Xarici keçidlər