II Teodosiya (; ) — Braqanza hersoqu.

1568-ci ildə dünyaya gəldi. Atası Braqanza hersoqu I Juan, anası isə Portuqaliya kralı I Manuelin nəvəsi Yekaterinadır. Uşaq yaşlarından kral I Sebastyanın sarayına alındı və kralın xidmətinə verildi. Onun 1578-ci ildə Mərakeşdə baş tutan Əl-Kəsər əl-Kibir döyüşündə iştirak etdi və digər saraylılar kimi o da, 10 yaşında ikən əsir düşdü.

1579-cu ilin avqustunda əsirlikdən azad olan Teodosiya atasının ölümünün ardından 1583-cü ildə Braqanza hersoqu oldu. Portuqaliya taxtına oturan II Filippə sadiqliyi səbəbilə ünvan və əmlakları çoxaldı.

17 iyun 1603-cü ildə ispan əsilli zadəgan Anna de Velasko ilə evləndi. Cütlüyün 4 övladı dünyaya gəldi.

II Juan, Braqanza hersoqu və sonralar Portuqaliya kralı Eduard (1605-1649) Yekaterina (1606-1610) Aleksandr (1607-1637)

Mənbə

Ədəbiyyat

Genealogy of Teodósio II, 7th Duke of Braganza Nobreza de Portugal e Brazil, Vol. II, page 448. Published by Zairol Lda., Lisbon, 1989.

İstinadlar