Raqif Raufoğlu (tam adı: Əliyev Raqif Rauf oğlu; 20 sentyabr 1984-cü il — azərbaycanlı yazıçı, aparıcı, şair, jurnalist.

Həyatı Raqif Raufoğlu 1984-cü ildə Bakı şəhərində dünyaya gəlib. İxtisasca iqtisadçıdır. 2006-2007-ci illərdə hərbi xidmət keçib. Dövrü mətbuatda 2001-ci ildən çıxış edir.

Ailəlidir. Leyla adlı qızı, Alpər adlı bir oğlu var.

Radio fəaliyyəti

Raqif Raufoğlu 2009-cu ildən etibarən 106.3 FM-də çalışır.https://oxu.az/musahibe/raqif-raufoglu-ne-oz-biznesim-var-ne-de-kimlese-serikem-musahibe Fəaliyyətinə “Şənbə” efiri ilə başlayan Raqif sonradan “106.3FM-dairəsi”, “Boomerang” verilişlərini aparıb. Hazırda “İş adamı” və “Master klas” verlişlərinin aparıcısıdır.https://www.youtube.com/watch?v=FvDySh7kbqA

Yaradıcılığı

Bir müddət "Ənvər Paşa" və "Doqquz iklim" jurnallarının redaktoru olub. Azərbaycanın ilk virtual dərnəyi - "Ölü yazarlar dərnəyi"nin yaradıcılarından biridir. Azad Azərbaycan Televiziyasında yayımlanan “Rəsmilər, qeyri-rəsmi” verilişinin redaktoru olub.

2003-cü ildə "Danışa bilsə dünya" adlı şeirlər kitabı nəşr edilib. 2008-ci ildə Barak Obamanın "Atamın arzuları" (Dreams from my father) kitabını Azərbaycan dilinə tərcümə edərək, dövrü mətbuatda yayımlayıb. 2009-cu ildə əsər kitab şəklində çap olunub.https://medeniyyet.info.az/page/news/247/Atasinin-arzulari.html?lang=az 2011-ci ildə həmmüəllifi olduğu "Ölü yazarlar dərnəyi" kitabı nəşr olunub (müəlliflər - Raqif Raufoğlu, Mətləb Muxtarov, Asəf Zeynallı).

2014-cü ildə "Qadağan olunmuş kitab" əsəri çap olunub. Elə həmin ildə müəllifin 101 şeirini və “Çirkinlik” adlı yazılarını özündə birləşdirən "Çirkinlik" kitabı da çap olunub. 2024-cü ildə çap olunan "Ustad" romanı böyük maraqla qarşılanıb.Müxtəlif sərgilərdə kitabın təqdimatı və imza günü keçirilib. 2026-cı ildə "Əcnəbi" adlı yeni romanını oxuculara təqdim edib.https://www.teaspress.az/az/products/romances/ecnebihttps://www.libraff.az/kitab/bdii-dbiyyat/romanlar-and-novellalar/ustad/https://www.youtube.com/watch?v=of72LkLTtHE

Digər fəaliyyətləri

Raqif Raufoğlu blogger kimi də fəaliyyət göstərir. "Səsli kitab" audio-kitablar podkastının və "Sandıq" layihəsinin yaradıcısıdır. Raqif Raufoğlu eyni zamanda nəqliyyat eksperti kimi tanınır.https://azertag.az/xeber/ekspert_metrodaki_temir_muddetinde_alternativ_neqliyyat_imkanlarindan_semereli_istifade_vacibdir-4392573

Mükafatları Media sahəsinin inkişafında xüsusi xidmətləri və bu sahədə səmərəli fəaliyyətinə görə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.https://azertag.az/xeber/azerbaycan_milli_metbuatinin_150_illik_yubileyi_munasibetile_tedbir_kechirilib_yenilenib__video-3669791

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər