Malaxto () — yaşıl lobyaya qoz və göyərti əlavə edilmiş gürcü mətbəxinin yeməyi. Adətən malaxto soyuq qəlyanaltı kimi süfrəyə verilir. Hazırlanması Bişirmədən əvvəl lobya soyuq suda yuyulur, sərt sapı ayrılır. Təmizlənmiş lobya 40-50 dəqiqə aşağı istilikdə qaynadılır. Qoz, 1 diş sarımsaq və göyərti (keşniş, reyhan) ət maşınında çəkilir, sonra alınan kütləni lobya ilə qarışdırılır. Daha ləzzətli olması üçün yeməyi təqdim etməzdən əvvəl ona yetişməmiş üzümün suyu əlavə olunur.

Yemək soyuq halda verilir, ona görə bişdikdən sonra 15 dəqiqə soyumağa qoyulur. Əsasən malaxto cadi ilə süfrəyə verilir. İstinadlar

Kateqoriya:Gürcüstan mətbəxi