Aslanov Vüqar Nurəddin oğlu (Vüqar Dəmirbəyli) (1964, Goranboy) — Azərbaycan yazıçısı, jurnalist.

Həyatı Vüqar Dəmirbəyli 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olduqdan sonra 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılmışdır. 1985-ci ildən təhsilini davam etdirmiş və 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir.

1990-cı ildən başlayaraq "Tərəqqi", "Vışka", "Addım" və "Yol" kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə "Kompas" ədəbi-ictimai qəzetini və 1996-cı ildə "Səmt" informasiya agentliyini təsis etmiş, həm də onların baş redaktoru və direktoru işləmişdir. 1997-ci ildə onun "Gənclik" nəşriyyatı tərəfindən "Süddaşıyan", 1999-cu ildə isə "Ozan" nəşriyyatı tərəfindən "Amerika kəşfiyyatçısi Azərbaycanda" nəsr kitabları çap olunmuşdur. Bundan başqa "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" və "Çıraq" ədəbi jurnallarında hekayə və povestləri dərc edilmişdir.

1997-ci ildə Almaniyaya köçmüşdür. Mainz, Frankfurt və Giessen universitetlərində kinoşünaslıq, teatrşünaslıq və slavyan filologiyası üzrə təhsil almışdır. Onun Almaniyanın "Wostok" və "Kulturaustausch" jurnallarında, "Frankfurter Neue Presse", "Neues Deutschland", "Frankfurter Rundschau", "taz", "Salzburger Nachrichten", "Thüringer Allgemeine", "Volksstimme", "Schweriner Volkszeitung", "Mittelbayerische Zeitung", "Moskauer Deutsche Zeitung", "Lausitzer Rundschau" qəzetlərində Azərbaycan, Rusiya, Qafqaz, Xəzər bölgəsi və Orta Asiya ilə bağlı yazıları çap olunmuşdur. Bundan başqa o Almaniyanın müxtəlif şəhərlərində öz əsərlərinin ədəbi oxusunu keçirməkdədir. V. Dəmirbəylinin "Pambıq plantasiyalarında" povestinin 2004-cü ildə Bavariya radiosunda ədəbi oxusu keçirilmişdir. Berlində yerləşən "Wostok" nəşriyyatı 2007-ci ildə onun "Auf den Baumwollfeldern" ("Pambıq plantasiyalarında") adı altında hekayələr toplusunuhttp://www.wostok.de/literatur/index.html Vougar Aslanov, "Auf den Baumwollfeldern". Wostok Verlag — Berlin, 2007, 2012-ci ildə isə "Die verspätete Kolonne" ("Division")http://www.weltbild.de/3/17654202-1/buch/die-verspaetete-kolonne.html?wea=8001773 romanını alman dilində çapdan buraxmışdır.

Əsərləri

Azərbaycan dilində nəşr olunan əsərləri Əbədi mövsüm adamları. Hekayə. Ulduz jurnalı, N 1–2. Bakı, 1998. Süddaşıyan. Hekayə. Azərbaycan jurnalı. N 7. Bakı, 1998. Tarla xatirələri. Povest. Ulduz jurnalı. N 10. Bakı, 1999. Filmə "baxış". Hekayə. Azərbaycan jurnalı, N 7. Bakı, 2000. Abbasla Məhər. Povest. Kaspi qəzeti , 2013 Abbasla Məhər. Povest. Ədalət qəzeti, 2013. Qaşıq oğrusu. Hekayə. Publika.Az Əbədi mövsümçülər. Hekayə. Kulis dərgisi. Mən və Arno. Hekayə. Ədəbiyyat qəzeti. 2015, Nr.4–5, 6–7 "Almaniya haqqında hekayələr". Kitab klubu. Bakı 2017 http://kitabklubu.org/almaniya-haqqinda-hekayeler.html? "Xəyanət". Povest və hekayələr. Kitab klubu. Bakı 2018 http://bbclub2019.blogspot.com/2018/ "Zabit". Hekayə, Ədədbiyyat qəzeti. https://edebiyyatqazeti.az/news/proza/5990-zabit "Süddaşıyan". Hekayə. https://yarpaq.az/az/vqar-demirbeyli-sddasyan-hekaye/ "Əbədi mövsümçülər". Hekayə. https://yarpaq.az/az/ebedi-mvsmler-hekaye/ "Pulsuz seans". Hekayə. https://yarpaq.az/az/vqar-demirbeyli-pulsuz-seans-hekaye/ "Pambıq plantasiyalartında". Povest. https://yarpaq.az/az/vqar-demirbeyli-pambq-plantasiyalarnda/ "Həkimin oğlu". Hekayə. https://yarpaq.az/az/vqar-demirbeyli-hekimin-olu-hekaye/ "Praktika". Hekayə. https://yarpaq.az/az/vuqar-demirbeyli-praktika-hekaye/ "Adi həyat". Hekayə. https://manera.az/index.php?newsid=4212 "Süpürgəsatan". Hekayə. Manera.Az "Zabit". Hekayə. https://manera.az/index.php?newsid=4242 “Dəli Alının yuxusu” tarixi romanı.

Rus dilində nəşr olunan əsərləri Развозчик молока. Рассказы, повесть и сценарий. Издательство "Гянджлик". Баку 1997. Американский разведчик в Азербайджане. Роман, рассказы, повести и сценарий. Издательство "Озан". Баку 1999. Сменившие профессию. Повесть. Журнал "Литературный Азербайджан". № 4. Баку 1999. Хозяин дешевого отеля. Сын врача. Два рассказа. "Литературный Азербайджан". №8. Баку 2000. Хозяин дешевого отеля. Журнал "Чыраг (Журнал Литературного института Академии Наук Азербайджана). Баку 2000. Развозчик молока. Журнал "Литературный европеец". №85. Франкфурт на Майне 2004. "Просмотр" фильма. Журнал "Литературный европеец". №92. Франкфурт на Майне 2005. Развозчик молока. Альманах Литературного общества немцев из России. Издательcтво "Geest". Вехта-Лангферден 2005. На хлопковых плантациях. "Просмотр" фильма. Интернет-альманах "Снежный ком". http://www.snezhny.com/autors.php?id=1098 "Дивизион". Роман о дедовщине и советско-афганской войне. Издательство "Алетейя", Санкт-Петербург 2011. http://www.ozon.ru/context/detail/id/7821161/ Развозчик молока. Журнал "Волга", № 7–8, Саратов 2015.g-64.ru/volga/files/Volga_7–8_2015.doc В поисках своей планеты. Издательство "Алетейя", Санкт-Петербург 2024. https://aletheia.spb.ru/tproduct/478591994-946897553061-aslanov-v-v-poiskah-svoei-planeti?ysclid=m0csymvl37913663793

Alman dilində nəşr olunan əsərləri Auf den Baumwollfeldern. Hörbuch des Bayerischen Rundfunks BR II — Kultur, München 2004. Auf den Baumwollfeldern. Verlag Wostok, Berlin 2007 Alexander mit dem Hörnchen ("İskəndərin buynuzu var, buynuzu…"). Literaturzeitschrift Driesch — 7/10/2011, Driesch Verlag (Österreich). Irrweg durch den Krieg. Literaturzeitschrift Driesch — 9/4/2012, Drösing (Österreich). Die verspätete Kolonne. Roman. Verlag Wostok, Berlin 2012 Das vierzigste Zimmer. ("Qırxıncı otaq"). Literaturzeitschrift Driesch — 13/4/2013, Driesch Verlag (Österreich). Ein langer Weg. Pop-Verlag. Zeitschrift für Literatur und Kunst Matrix, Ludwigsburg 2014 Der Schlangenkönig, Anthologie, Hrs. Edit Engelmann, Größenwahn-Verlag, Frankfurt 2014 Alexander mit dem Hörnchen, Anthologie, Hrs. Edit Engelmann, Größenwahn-Verlag, Frankfurt 2015 Die unglaubliche Geschichte von Malik Mammad und andere aserbaidschanische Märchen. Hrs. Edit Engelmann, Größenwahn-Verlag, Frankfurt 2016 Es ging nicht anders. Pop-Verlag. Zeitschrift für Literatur und Kunst Matrix, Ludwigshafen 2017 Der Schah. Pop-Verlag. Zeitschrift für Literatur und Kunst Bawülon, Ludwigshafen 2019 Russisches Gesetz. Historischer Roman. Wieser Verlag, Klagenfurt/Celovec 2021.

İngilis dilində nəşr olunan əsərləri A Visit to the Cinema. http://www.worldlibrary.org/ The Milkman. http://www.worldlibrary.org/

İspan dilində nəşr olunan əsərləri El repartidor de leche

Filmoqrafiya Der Weg in das Leben ("Həyata aparan yol"; ssenari müəllifi; qısametrajlı film. 2008)

Mükafatlar və təqaüdlər Hessen Kino Fondunun təqaüdü: Dianas Bediener ("Diananın xidmətçiləri") bədii filminin ssenarisi üçün (Felix Lenz ssenarinin genişləndirilməsi üçün sonradan ikinci müəllif kimi dəvət edilmişdir)http://www.hessische-filmfoerderung.de/downloads/Projekte/land/Projekte%20HFF-Land%202011A.pdf Hessen Ədəbiyyat Cəmiyyətinin "İkinci yol" ("Der zweite Weg") romanı üçün verdiyi kiçik iş təqaüdü.

İstinadlar

Xarici keçidlər http://www.hessische-filmfoerderung.de/downloads/Projekte/HFF-Land/Projekte%20HFF-Land%202011A.pdf http://www.jnettop.kub.info/user.php?op=userinfo&uname=%C2%F3%E3%E0%F0%20%C0%F1%EB%E0%ED%EE%E2 http://www.archive.n.zerkalo.az/2012-08-11/world/31041- http://lit.lib.ru/a/aslanow_w/ http://lvivinfo.ru/raznoe/v-etom-godu-na-forume-izdateley-vo-lvove-budut-sorevnovatsya-bolee-300-knig.html http://bookforum.ua/customer/1202/1.html http://www.germany.russian-club.net/article_2482.html http://www.club-voltaire.de/veranstaltungen/geschichte?month=011;year=2009 http://georgien.blogspot.com/2008/06/geschichte-das-l-und-die-kommissare.html http://www.drieschverlag.org/index.php?option=com_content&task=view&id=318&Itemid=88 http://www.osteuropa.geschichte.uni-mainz.de/470.php http://www.fbk-lsa.de/fbk_lsa_projekte/interlese/2012_interlese/2012_interlese_teilnehmer.htm http://www.dichterpflaenzchen.com/rueckblick/page84.html http://www.ostpol.de/laender/AZ http://www.ag-friedensforschung.de/search.html http://www.bad-camberg.info/cms/index.php/component/content/article/141-der-11september-und-afghanistan http://www.echo-online.de/region/gross-gerau/moerfelden-walldorf/Dem-Schicksal-Geschichten-abgelauscht;art1254,2552963 http://www.fnp.de/fnp/region/lokales/frankfurt-sued/die-drei-vom-dichterfruehstueck_rmn01.c.9537519.de.html http://bpb-studienreisen.blogspot.de/p/blog-page_31.html http://www.ifa.de/pub/kulturaustausch/archiv/kulturaustausch-2007/was-vom-krieg-uebrig-bleibt/ http://www.libreriauniversitaria.it/bucher-author_aslanov+vougar-vougar_aslanov.htm detail=169038=9=ec202ff6d6561465c3c6add51168230a |date=2016-01-24 }} http://www.leipzig-liest.de/mitwirkende/443/veranstaltungen;jsessionid=61A0EEE55A9C20907AEBDC6F091B1093 http://www.vougar-aslanov.ru https://archive.today/20130421171136/img86.imageshack.us/img86/3741/bild006t.jpg Vüqar Dəmirbəylinin hekayələr toplusu çapdan çıxıb. Manera.Az Azərbaycan əxlaq normaları çox sərtdir — Vüqar Dəmirbəyli. Manera.Az Alman ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının fərqi… — MÜSAHİBƏ

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Almaniya jurnalistləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:Azərbaycandan Almaniyaya mühacirət edənlər