Qafarov Məhərrəm Allahverdi oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru.

Həyatı Məhərrəm Qafarov 19.09.1959-cu il tarixdə Gədəbəy rayonunda anadan olub.

1985-2016 illərdə Daxili İşlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.

11.10.2016-cı il tarixdə Azərbaycan Respublikası ədliyyə nazirinin əmri ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli 713 nömrəli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

İstinadlar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları

Kateqoriya:Azərbaycan ədliyyə general-mayorları