Həsənov Kamal İltifat oğlu - Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı

02 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olub.

1978- ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, İqtisadçı ixtisasına yiyələnib.

1978–ci ildən “Azərrabitətikinti” trestinin 6 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstəsində İqtisadçı kimi əmək fəaliyyətinə başlayıb.

1978-1980-ci illərdə hərbi xidmətdə olub.

1980-1981-ci illərdə Cəbrayıl rayon Aqrar İstehsalat Birliyində təftişçi-mühasib, 1981-1989-cu illərdə Azərbaycan Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Cəbrayıl rayon Komitəsində təlimatçı, şöbə müdiri vəzifəsində işləyib.

1989-1991-ci illərdə Cəbrayıl rayon Xalq Depultatları Sovetinin İcraiyyə Komitəsində Sosial-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

1991-1993-cü illərdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsində işləyib.

1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə heyətinin sədr müavini, Sədr, Şuranın məsul katibi vəzifələrində işləyib.

1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli 1954 nömrəli Sərəncamı ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunub.

İstinadlar