Acanthuridae — Şüaüzgəcli balıqlar fəsiləsi olub, cərrah balıqları, tanglar və təkbuynuz balıqlarını əhatə edir. Bu fəsilə tropik dənizlərdə, adətən mərcan rifləri ətrafında yaşayan təxminən 86 müasir dəniz balığı növünü özündə birləşdirir. Bir çox növ parlaq rənglərə malikdir və akvariumlarda məşhurdur.

Etimologiya

Fəsilənin adı yunanca "akantha" (tikan) və "oura" (quyruq) sözlərindən gəlir. Bu, ailənin fərqləndirici xüsusiyyəti olan quyruq saplağında yerləşən "skalpel"ə istinad edir. 1900-cü illərin əvvəllər ailə "Hepatidae" adlanırdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şarl Lüsyen Bonapart tərəfindən adlandırılmış taksonlar