Mario Testino () — Peru mənşəli britaniya fotoqrafı

Həyatı 30 oktyabr 1954-cü ildə Perunun paytaxtı Lima şəhərində anadan olmuşdur. Perunun Katolik Universitetində və San Dieqo Universitetində təhsil almışdır. 1976-cı ildən Londonda yaşayır. Vogue, V, Gucci, Vanity Fair kimi məşhur jurnallarla əməkdaşlıq etmişdir. Çox sayda məşhur aktyor, aktrisa, müğənni, top model və siyasi xadimlərlə işləmişdir.

Hazırda Britaniya Kral ailəsi ilə işləməklə yanaşı, Burberry, Gucci, Zara, Michael Kors, Dolce & Gabbana, Estée Lauder, Valentino və Versace şirkətləri ilə də əməkdaşlıq edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Britaniya fotoqrafları Kateqoriya:Peru fotoqrafları Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları