Alessandro Farneze (; ) — Parma hersoqu Odoardo Farnezenin oğlu, Habsburq Niderlandiyasının naibi.
10 yanvar 1635-ci ildə Parmada dünyaya gəldi. Atası Parma hersoqu Odoardo Farneze, anası isə Toskana hersoqu II Ferdinandın bacısı Marqarita Mediçidir. 1646-cı ildə atasının vəfatının ardından böyük qardaşı II Ranuççio anası və əmisi kardinal Françesko Mariyanın himayəsində taxta çıxdı.
1656-1658-ci illərdə Venesiya ordusunda xidmət etdi. Bu müddət ərzində Osmanlılara qarşı vuruşdu. Ardından 1664-cü ildə İspaniya donanmasında xidmət etdi.
1678-ci ildə İspaniya kralı II Karlın tabeliyində Habsburq Niderlandiyasının naibi təyin edildi və 4 il bu vəzifədə xidmət etdi. 1689-cu ildə Madriddə vəfat etdi.
Mariya de lao y Karillo adlı məşuqəsindən 4 övladı doğuldu.
Alessandro Odoardo (1663-1666) Alessandro Mariya (1664-1726), İspaniya ordusunda leytenant oldu. Marqarita (1665-1718), rahibə İzabella (1666-1741), rahibə
İstinadlar