Özbəkistanda gül bayramı () — hər il Özbəkistanın Nəməngan, Daşkənd, Buxara, Səmərqənd şəhərlərində keçirilən bahar çiçəkləri festivalıdır. Tarixi Bu cür festivallar keçmişdə Özbəkistanın dağlarında, təpələrində, bağlarında keçirilib. Gül bayramı dünyada ən geniş yayılmış ənənələrdən biridir. Yunanıstanda günəbaxan festivalları, Yaponiyada xrizantema festivalları, Fransada dahlia, Hindistanda qızılgül festivalları da daxil olmaqla, bir çox ölkədə çiçəklərə həsr olunmuş xüsusi bayramlar var.

Özbəkistanda gül bayramını keçirildiyi ənənəvi yer Nəməngan şəhəridir.

İlk gül bayramı 1961-ci il avqustun 24-dən 27-dək Nəmənganda keçirilib.

O vaxtdan bəri festival hər il keçirilirhttps://mir24.tv/news/16553101/festival-cvetov-otkrylsya-v-uzbekskom-namangane. 2019-cu ildə Özbəkistan Respublikasının rəhbəri Şavkat Mirziyoyevin tövsiyəsi ilə bayram beynəlxalq festival statusu alıb. Bu bayramda təkcə Özbəkistandan deyil, digər dünya ölkələrinin də nümayəndələri iştirak edir. Festival həm də xarici KİV nümayəndələrinin və turistlərin böyük marağına səbəb olur.

İndi Nəmənganda park olan yerdə əvvəllər Gülzor küçəsi (Gül bağı) olub. Yerli sakinlər çiçəklərdən şirə, şəkər və gül balı hazırlamağı bacarırdılar. Onlar çiçəklərin yarpaqlarından və kökündən dərman məhlulu hazırlayırdılar. Bu məşhur küçənin şöhrəti Kokand xanı Xudoyara (1845-1876-cı illərdə hakimiyyətdə olub) çatanda o, Nəmənganı ziyarət edir və tikinti üçün Gülzor küçəsini seçir. O, yerli əhalini başqa yaşayış məntəqələrinə köçürür, mədrəsələr və başqa binalar tikdirir. Lakin 1875-ci ilin oktyabrında Çar Rusiyasının işğalları zamanı ordu Nəməngan ərazisinə soxulur və mədrəsəni qala kimi seçir. Mədrəsənin ərazisi vilayət qubernatorunun bağçasına çevrildi və 1920-ci ildə yeni yaradılmış yerli hökumət ərazini öz nəzarəinə götürərək bağı genişləndirdi.

İldən-ilə bayram özünəməxsus forma və ənənələr qazandı. Sonrakı üç il ərzində bağlar, çiçəkçilik və festivalın özü görünməmiş ölçülərə çatdı. Yerli sakinlər güllərlə bəzədilmiş uzun araba və maşın karvanı yaradırlar.

Festivalın təşkili

Festival Özbəkistan Respublikasının Turizm və Mədəni İrs Nazirliyi, eləcə də Nəməngan Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Festival çərçivəsində gülçülərin bayram müsabiqələri keçirilir.

Müsabiqədə iştirak edən müəssisə və təşkilatlar dizaynın unikallığı və çiçək dizaynının texnikası üzrə rəqabət aparırlar.

Festival güllər əkilən Zahirəddin Məhəmməd Babur adına mədəniyyət və istirahət parkında keçirilir.

Parkda və onun ətrafında 8 hektar sahədə Özbəkistan Respublikasının müxtəlif bölgələrindən olan 250 florist, eləcə də xarici ölkələrin landşaft dizaynerlərinin nümayəndələri gülçülük sənətini nümayiş etdirirlər.

Festivalın nəticələrinə əsasən iştirakçılara və yarışmaçılara müxtəlif nominasiyalar üzrə mükafatlar verilir.

Festival iştirakçılarının sayı ildən-ilə artır.

Nəməngan Şəhər İcra Hakimiyyəti yaxınlıqdakı parklarda, xiyabanlarda, meydanlarda bayram tədbirləri keçirir.

2023-cü ildə festivalda Özbəkistanın müxtəlif rayon və şəhərlərində gül becərilməsi ilə məşğul olan 200-dən çox şirkət və müəssisə, eləcə də Çinin Yunnan əyalətinin nümayəndə heyəti iştirak edib və onlar güllərdən əlavə 70-dən çox iri kompozisiya təqdim ediblər.

Nəməngan vilayət hakimliyinin rəsmi məlumatına görə, festivalı 500 mindən çox qonaq, o cümlədən regionun rayonlarından 390 mindən, Özbəkistanın digər bölgələrindən 121 mindən çox, digər ölkələrdən isə 6600-dən çox qonaq ziyarət edib.

Ən çox qonaq Qırğızıstandan gəlib – təxminən 6000 nəfər.

Festival Rusiya, Çin, Türkiyə, Banqladeş və Hindistan, Cənubi Koreya, Hollandiya, Almaniya, İtaliya, Polşa, Tacikistan, Qazaxıstan və Türkmənistandan olan turistlərin marağına səbəb olub.

Festivalı Nəməngan vilayətinin hakimi Şavkatjon Abdurazakov, mədəniyyət naziri Ozodbek Nazarbekov və digər tanınmış incəsənət xadimləri açıblar.

Festivalda çiçək kompozisiyaları sərgisi ilə yanaşı, bölgənin müxtəlif adət-ənənələrini nümayiş etdirən müxtəlif mədəni tədbirlər də keçirilir.

Qonaqlar ənənəvi musiqi əsərlərini dinləyə və xalq rəqslərinə baxa bilərlər.

Həmçinin milli mətbəxin dadına baxa və tikmə, dulusçuluq və xalçaçılıq kimi ənənəvi sənətkarlıq növləri ilə tanış ola bilərlər.

Gül bayramı Nəməngandan başqa hər il respublikanın digər şəhərlərində də keçirilir: Daşkənd, Buxara, Səmərqənd.

İstinadlar

Kateqoriya:Festivallar Kateqoriya:Mədəniyyət tədbirləri Kateqoriya:Özbəkistan bayramları Kateqoriya:Gülçülük