Yelizaveta Sergeyevna Hubareva () — ukraynalı idman gimnastı, 2020-ci il Avropa çempionatında qızıl medal qazanmış Ukrayna komandasının üzvü. Erkən həyatı Yelizaveta Hubareva 16 iyun 2004-cü ildə Ukraynanın Donetsk vilayətinin, Donetsk şəhərində anadan olub. Onun ilk ilk məşqçisi anası olub. Anası tərəfindən də idmanla 2010-cu ildə tanış olduqdan sonra gimnastika ilə məşğul olmağa başlayıb.

Gimnastika karyerası 2019 Yelizaveta Hubareva 2019-cu ilin martında Ukrayna çempionatında çıxış edərək, çoxnövçülükdə ikinci yeri tutub. O, daha sonra Stella Zaxarova Kubokunda yarışaraq, qızıl medal qazanmışdı.

İyun ayında Hubareva Anastasiya Motak və Dariya Murjak ilə birlikdə Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında ilk Dünya çempionatında çıxış etdi. Onlar komanda olaraq 13-cü yeri tutdular. Daha sonra komanda şəklində 10-cu yeri tutduqları Avropa Gənclər Olimpiya Festivalında da yarışdılar.

2020 2020-ci ilin sentyabrda Yelizaveta Hubareva Ukrayna çempionatında böyüklər arasında debütünü etdi. O, çoxnövçülükdə üçüncü, sərbəst hərəkətlərdə isə ikinci oldu.

Dekabrda isə Hubareva Avropa çempionatında çıxış etdi. Kvalifikasiya zamanı, Ukraynanın Rumıniyadan sonra komanda finalında ikinci yerə vəsiqə qazanmasında onun böyük rolu oldu və fərdi olaraq paralel qolların finalına vəsiqə qazandı. Komanda finalında o, dirəklə tullanma və sərbəst hərəkətlər üzrə yarışaraq Ukraynanın Rumıniyadan önə çıxmasına və qızıl medal qazanmasına töhfə verdi. Qeyri-bərabər hərəkətlər finalında o, yeddinci yeri tutdu.

2021 Hubareva Koper və Mərsində keçirilən Dünya Çağırış kuboklarında iştirak edərək, Zoe Sekeydən sonra, paralel qollarda gümüş medal qazandı. Oktyabr ayında Hubareva çoxnövçülükdə 14-cü yeri tutduğu Dünya çempionatında da iştirak etdi.

Noyabr ayında isə Hubareva Artur Qander Memorialında yarışdı. O, üç növ çoxnövçülükdə rusiyalı Angelina Melnikova, fransalı Tais Bura və amerikalı Siyena Alipiodan sonra dördüncü yeri tutdu. Sonra o, İlya Kovtun ilə əməkdaşlıq etdiyi İsveçrə Kubokunda da yarışdı. Onlar Nikita Naqornı və Melnikovadan ibarət Rusiya komandasından sonra yarışda ikinci yeri tutdular.

İstinadlar