Xumar Qədimova və ya tanınan adı ilə Xumar (26 aprel 1966, Qazax şəhəri) — Azərbaycan estrada müğənnisi, bəstəkar, aktrisa, pianoçu, rejissor, Azərbaycanın əməkdar artisti (2017).
Həyatı Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda fəaliyyət göstərib.
Yaradıcılığı 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 200-dən çox musiqi əsərləri səsləndirib. İlk musiqisi sözləri Nüsrət Kəsəmənliyə, musiqisi Xumar Qədimovaya məxsus olan "İsa Bulağı" olmuşdur. Şifahi xalq ədəbiyyatından başlayaraq, Azərbaycan və Türk ədəbiyyatının hər dövr yaradıcılığına müraciət etmişdir. Nizami, Nəsimi, Nazim Hikmət, Yunus Emre, Necib Fazl Kısakürek, Molla Pənah Vaqif, Suat Sayın, Şəhriyar, Hüseyn Cavid, Almas İldırım, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə, Rəsul Həmzətov, Ahmet Kaya, Ramiz Rövşən, Kamal Abdulla, Mikayıl Mirzə kimi dahilərin sözlərinə əvəzolunmaz musiqilər bəstələmişdir. 2003-cü ildə Türkiyədə keçirilən Azərbaycan müğənniləri arasında ən çox dinlənilən müsabiqədə "Ayrılıq" mahnısına görə "səs sənətçisi" mükafatını almışdır. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Maslak TİM konsert sarayında "Bir Can Türkiyə-Azərbaycan" adlı solo konserti ilə çıxış etmişdir.
Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənniləri Kibariye, Yıldız Tilbe, Kafkaz Kardeşləri Qrupu və Özbəkistanin Dövlət sənətçisi Sevinc Muminova və başqaları ifa etmişdir.
3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
2019-cu ildə "Nəsimi İli" ilə əlaqədar Nəsimi kompozisiyasını yaratmışdır.
2021- ci ildə "Nizami Gəncəvi İli" ilə əlaqədar Nizami kompozisiyasını yaratmışdır.
2022-ci ildə "Şuşa İli" ilə əlaqədar Şuşa kompozisiyasını yaratmışdır.Xumar Qədimova "Şuşa"nı təqdim edəndə kövrəldi - Foto
Mahnıları
Sən Fanisən Ürəyim Əziz Dostum Onu Sevmə Deyirlər Sarhoş Gibiyim Artık Sevmeyeceğim Dilbərim Bilən Yoxdur Yalan Deyil Ruhunla Yaşayacağam Yalvara-Yalvara Danışdırma Məni Bilinməz Kərtənkələ Mənim Adım Yoruldum Unuda Bilmirəm Dodaqlarımda Arzu Qurban Olum Sevgi Harayı Yuxuma Gir Mən Bir Duyğu Çələngiyəm Hər Şey Bitdi Yar Yar Məni Dindirmə Ay Qız, Kimin Qızısan? Şükür ki, Ölməmişəm Neynim Səbəbi Sənsən Ata Bilmirəm Səni Qəmli Görəndə Didərginlər Küsmərəm Qəribədir, Deyilmi? Allahım, Mən Nə Üçün Şair Doğuldum? Yarama Duz Səpmə Yarım Bilməz Dustaq Bir Də Sevər Oldu Rəssam Azadlıq Həsrəti Deyin Qəmərim Bir də Gəlməyəcək Mənimtək Qadın Niyə Getdin? Niyə Döndün? Niyə Baxdın? Çarə Getməkdir Nazlı Ceyranım Necə Dözüm Bu Dərdə Mən Nə Ağırdır Mənim Eşqim Günün Birində Susma Ruhum Toz Olmuş O Dağ Məni, Bu Dağ Məni Yandım Elə Yandım Mənim Gülüm Sevda Yine Aşk Kaynıyor Səninçün Aşk Neylədi Nerden Bileceksiniz Tesbih Dünya Heç Kimin Gecələr Yarım Yağmur Ağlıyor Ruhunla Yaşayıram Kertenkele Benim Adım Məhəbbət Nəğməsi Gəl İnad Etmə Sənsiz Necə Yaşayıram Şuşa Küsmərəm Sən və Mən Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi Daha Səni Üzməyəcəm Sən Oldun Tanrım Vəhşi kimi Klipləri +SayAd01İsa Bulağı02Unuda Bilmirəm03Yandım, Elə Yandım04Ay İnsafsız, Bu Sənsənmi?05Gələcəyəm, Gəl Desən06Ayrılıq07Sərxoş08Azadlıq Həsrəti09Məktub10Miyanə Gözlər11Döz12Sənsiz Necə Yaşayaram?13Böyle Ayrılık Olmaz14Gəl İnad Etmə15Mənim Gülüm16Küsmərəm17Yarım18Sevgi Harayı19Əl-Ələ Tut, Gedək20Neylərəm21Satar-Satar22Bu Xumar ft. Aslixan23Giderim ft. Akrep24Ayrıldıq25Sevgilim26Unutamam Asla Seni27Sevdim Səni ft. Sheikh28Seni Seni29Ay30Bir addım qalıb31Mənim Gülüm32Eşq Naməsi33Efendim34Dünya
İstinadlar
Xarici keçidlər Xumar Qədimova — İnstagram hesabı
Xumar Qədimova — TikTok hesabı
Xumar Qədimova — YouTube hesabı
Xumar Qədimova — Spotify
Xumar Qədimova — İtunes Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Azərbaycanın qadın pop müğənniləri Kateqoriya:Azərbaycan film aktrisaları