thumb Roma betonu — həmçinin "opus caementicium" adlandırılan, Qədim Romada tikinti işlərində istifadə edilən maddə. Müasir ekvivalenti kimi, Roma betonu da aqreqatlara əlavə edilmiş hidravlik bərkitmə sementinə əsaslanırdı.
Tarixi istinadlar Bu gün "Merkuri Məbədi" adlandırılan və eramızdan əvvəl I əsrdə inşa edilmiş Baiae'dəki Roma hamamının frigidarium hovuzu, sağ qalmış ən qədim beton günbəzə və Panteondan əvvəl ən böyük günbəzə sahibdir.
Romalılar hidravlik betondan ilk dəfə sahil zonalarında, ehtimal ki, eramızdan əvvəl II əsrin sonlarında Baiae ətrafındakı limanlarda istifadə etməyə başlamışdılar.Oleson et al., 2004, The ROMACONS Project: A Contribution to the Historican and Engineering Analysis of the Hydrauilc Concrete in Roman Maritime Structures, International Journal of Nautical Archaeology 33.2: 199–229 Sezareya limanı (e.ə. 22–15-ci illər) geniş miqyasda sualtı Roma beton texnologiyasının istifadəsinə bir nümunədir, burada böyük miqdarda pozzolana Puttsolidən idxal edilmişdir.Hohlfelder, R. 2007. "Constructing the Harbour of Caesarea Palaestina, Israel: New Evidence from ROMACONS Field Campaign of October 2005". International Journal of Nautical Archaeology 36:409–415.
Material xüsusiyyətləri Roma betonu, hər hansı bir beton kimi, dolgu materialı və hidravlik tərkibdən ibarətdir. Su ilə qarışdırılmış və zamanla bərkiyən bir bağlayıcı olan bu məhlul tərkibi müxtəlif idi və daş parçaları, keramika plitələr, əhəng klastları və əvvəlki dövrlərdə dağıdılmış tikililərin kərpic qalıqları daxil idi. Romada dolgu materialı kimi asanlıqla əldə edilə bilən tuf tez-tez istifadə olunurdu.
Bağlayıcı olaraq gips və sönməmiş əhəng istifadə edilirdi. "Pozzolana" və ya "quyu qumu" adlanan vulkanik tozlar mövcud olduğu yerlərdə üstünlük təşkil edirdi. Pozzolana, betonu müasir betonlara nisbətən duzlu suya daha davamlı edirdi. Pozzolan tərkibi yüksək alümina və silika tərkibinə malik idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beton Kateqoriya:Memarlıq tarixi Kateqoriya:Antik dövr Kateqoriya:İxtiralar Kateqoriya:İtaliya memarlığı Kateqoriya:İtaliya ixtiraları