Giorgi Papunaşvili (; ) — Gürcüstanlı peşəkar futbolçu. O, hal-hazırda Azərbaycan Premyer Liqası təmsilçilərindən Zirə klubunda çıxış edir. Əsas mövqeyi vinger və ya hücumameyilli yarımmüdafiəçidir. O, həmçinin Gürcüstan milli futbol komandasının üzvüdür.

Karyera

Klub Georgi Papunaşvili futbol karyerasına 2004-cü ildə "Dinamo Tbilisi" klubunun akademiyasında başlamışdır.

2012-ci ildə "Dinamo"nun ikinci komandası olan "Dinamo-2" komandasında peşəkar debütünü etmiş və 5 oyunda iştirak etmişdir.

2013-cü ildə "Dinamo Tbilisi" klubunun əsas heyətinə daxil olmuş və 2014–15 mövsümündə 16 qol vuraraq komandasının Gürcüstan Kubokunu qazanmasında mühüm rol oynamışdır. "Dinamo"da 4 il forma geyinmiş və burada 64 oyunda 26 qol vurmuşdur.

2015-ci ilin yayında Almaniyanın "Verder Bremen" klubunun ikinci komandasına icarəyə verilmişdir. Burada 20 oyunda 2 qol vurmuşdur.

2017-ci ilin iyununda İspaniyanın "Real Saraqosa" klubu ilə 4 illik müqavilə imzalamışdır. Burada 53 oyunda 9 qol vurmuşdur.

2020-ci ilin yanvarında "Rasinq Santander" klubuna icarəyə verilmiş və orada 4 oyunda iştirak etmişdir.

2020-ci ilin dekabrında Kiprin "Apollon Limassol" klubuna transfer olunmuşdur.

2022-ci ildə Gürcüstanın "Torpedo Kutaisi" klubuna, daha sonra isə Serbiyanın "Radniçki Niş" klubuna keçmişdir.

2023-cü ildə Gürcüstanın "Samtredia" və "Telavi" klublarında çıxış etmişdir.

2023-cü ildə Azərbaycanın "Kəpəz" klubuna transfer olunmuş və burada 19 oyunda 5 qol vurmuşdur.

2024-cü ilin avqustunda "Zirə" klubuna keçir. Georgi yeni klubu ilə 1+1 illik müqavilə imzalayır.

Milli komanda Papunaşvili Gürcüstanın U-17, U-19 və U-21 milli komandalarında çıxış etmişdir. 2014-cü ilin 3 iyununda BƏƏ-yə qarşı keçirilən yoldaşlıq oyununda Gürcüstan milli futbol komandasında debüt etmişdir. Milli komandada 17 oyunda 3 qol vurmuşdur.

Uğurları Dinamo Tbilisi Gürcüstan Liqası: 1 (2013–14) Gürcüstan Kuboku: 2 (2013–14, 2014–15) Gürcüstan Superkuboku: 1 (2014)

İstinadlar

Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Rasinq Santander FK futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Verder Bremen FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular