Phaps chalcoptera (Adi bürünc qanad) — Orta ölçülü, ağır quruluşlu bir göyərçin növü.
Təsvir
Bu növün erkəklərinin solğun sarıdan sarımtıl-ağa qədər, rəngli alınları və çəhrayı sinələri var. Həm erkəklər, həm də dişilər gözlərinin ətrafında və yaxınlığında asanlıqla seçilə bilən ağ bir xəttə malikdirlər. Adi bürünc qanadlar, bütün bürünc qanadlı göyərçinlərə xas bir xüsusiyyət olan qanadlarında qırmızı, mavi və yaşıl ləkələrə də malikdirlər. Gənc quşlar adətən daha donuq rəngli və yetkin adi bürünc qanaddan, daha qəhvəyidir. Su mənbəyindən nadir hallarda uzaqda tapılan adi bürünc qanadlar ya tək, ya cüt, ya da sürülər halında səyahət edirlər və adətən ehtiyatlıdırlar, insanların və ya digər heyvanların yaxınlaşmasına tam gücləriylə qarşı çıxırlar. Adi bürünc qanadlar, orta hesabla, 30 ilə 36 santimetr uzunluğundadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1790-cı ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliya quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avstraliya endemikləri