Hydrodynastes gigas — Yeni Dünyanın böyük, arxa zəhər dişli, "Dipsadidae" fəsiləsinə aid olan və Cənubi Amerikaya endemik bir ilan növü. Ümumi və alternativ adları arasında "yalançı su kobrası" və "Braziliya hamar ilanı" var.Warrell DA (2004). "Snakebites in Central and South America: Epidemiology, Clinical Features, and Clinical Management". In: Campbell JA, Lamar WW (2004). The Venomous Reptiles of the Western Hemisphere. Ithaca and London: Comstock Publishing Associates. 870 pp., 1,500 plates. . Yalançı su kobrası adı, ilan təhdid edildikdə əsl kobra (Naja növləri) kimi başlıq açması səbəbindən verilmişdir. Əsl kobradan fərqli olaraq, o, şaquli vəziyyətə qalxmır, üfüqi vəziyyətdə qalır. Hal-hazırda heç bir yarımnöv etibarlı şəkildə tanınmır.

Ümumi adlar

Hydrodynastes gigas ümumiyyətlə yalançı su kobrası, yalançı kobra, Cənubi Amerika su kobrası və Braziliya hamar ilanı kimi tanınır. Cənubi Amerikada bəzən "boipevaçu" adlandırılır. İspan dilində isə "ñacaniná" və ya "yacaniná" adlanır ki, bu da Quarani dilində "diqqətli baş" mənasını verən "ñakanina" sözündən götürülmüşdür. Digər Cənubi Amerika adları arasında "mboi-peba", "surucucu-do-pantanal" və "víbora ladradora" ("hürən ilan") da var.Freiberg M (1982). Snakes of South America. Hong Kong: T.F.H. Publications. 189 pp. . (Hydrodynastes gigas, pp. 78-79, 99, 132-133 + photographs on pp. 5, 50).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika faunası