Hindistan kobrası (Naja naja /nadʒa nadʒa/) — "Eynəkli kobra", "Asiya kobrası" və ya "binokulyar kobra" kimi də tanınan, Aspidlər fəsiləsinə aid zəhərli ilan növü. Bu növ Hindistan yarımqitəsinə məxsusdur və Hindistanda ən çox ilan sancma hadisəsinə səbəb olan "dörd böyük" ilan növündən biridir.
Taksonomiya Həm cins adı, həm də növ epiteti olan "naja", sanskrit dilində "kobra" mənasını verən "nāga" (नाग) sözünün latınlaşdırılmış formasıdır. Hindistan kobrası "Aspidlər" (Elapidae) ailəsinə aid olan "Naja" cinsinə daxildir. Bu cins ilk dəfə 1768-ci ildə Yozef Nikolaus Laurenti tərəfindən təsvir edilmişdir. "Naja naja" növü isə ilk dəfə 1758-ci ildə isveçli həkim, zooloq və botanik Karl Linney tərəfindən təsvir edilmişdir. "Naja" cinsi, morfologiya, qidalanma və yaşayış mühiti kimi müxtəlif faktorlar əsasında bir neçə subcinsə bölünmüşdür. "Naja naja", digər Asiya kobraları (Naja kaouthia, Naja siamensis, Naja sputatrix və digərləri) ilə birlikdə Naja subcinsinə daxildir. Naja naja, həm Naja subcinsində, həm də bütövlükdə Naja cinsində prototip kobra növü hesab edilir. 1990-cı illərə qədər bütün Asiya Naja növləri Naja naja ilə eyni növ hesab edilirdi, lakin sonradan onların əksəriyyətinin süni və ya qarışıq növlər olduğu aşkarlandı. Bu isə köhnə ədəbiyyatın şərhində müəyyən çaşqınlıqlara səbəb ola bilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Pakistan sürünənləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Hindistan sürünənləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları