Rhabdophis subminiatus — Ümumi adı ilə "qırmızıboyun qayalıq ilanı", suilanıkimilər fəsiləsinin "Natricinae" yarımfəsiləsinə aid zəhərli bir ilan növü.
Təsvir
"Rhabdophis subminiatus" yaşıl rəngli olub, baş yaxınlığında qırmızı və sarı rəngli sahələrə malikdir. Ümumi uzunluğu (quyruq daxil olmaqla) 70–90 sm (27.5–35.5 düym) arasındadır. Dişilər erkəklərdən xeyli böyükdür. Cütləşmə zamanı bir neçə erkək bir dişi ətrafında toplaşa bilər.
Yaşayış yeri və qidalanma
Qırmızıboyun qayalıq ilanı adətən göl və su mənbələri yaxınlığında yaşayır və qurbağalar və balıqlarla qidalanır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1837-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya sürünənləri