Günəş qürubu sarısı ( ), həmçinin Narıncı Sarı S ( ) Kodeks Alimentarius - da E110 qida əlavəsi kimi qeydə alınmış narıncı-sarı süni qida boyasıdır.

E110 boyası Sudan I boyasının sulfonlaşdırılmış versiyasıdır. İstehsal texnologiyasına görə Sudan I qatqıları E110-da ola bilər.

İstifadəsi Gün qürubu sarısı qida, kosmetika və dərmanlarda narıncı və ya sarı-narıncı rəngləndirici kimi istifadə olunur. Xüsusilə konfetlərdə, desertlərdə, qəlyanaltılarda, souslarda və meyvə konservlərində istifadə olunur. Bu boya həm şokoladda, həm də karameldə qəhvəyi rəng əldə etmək üçün amarant ilə birlikdə istifadə edilə bilər.

Tənzimləmə ÜST Qida Əlavələri üzrə Birgə Ekspert Komitəsi qürub sarısı üçün məqbul gündəlik qəbulu insanın bədən çəkisinə görə 4 mq/kq müəyyən etmişdir.EVALUATION OF CERTAIN FOOD ADDITIVES AND CONTAMINANTS (2011) стр. 47-53

Avropa 29 sentyabr 2008-ci il tarixində Avropada CBC xəbərlərinə görə, E110 Norveç və Finlandiyada qadağan edildi. Finlandiya hazırda E110 üçün 4 mq/kq bədən çəkisi həddinə qədər məhdudlaşdırılmış şəkildə tətbiqinə icazə verir.

2008-ci ildə Böyük Britaniyanın qida standartları agentliyi qida istehsalçılarını qida əlavələri kimi istifadə olunan altı süni rəngdən könüllü olaraq imtina etməyə çağırdı. Onlardan biri də məhz E110 əlavəsi idi. Süni rəng əlavələrini digər rəngləyici əlavələrlə əvəz edilməsi tövsiyə edildi.

2010-cu ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatının bir tənzimləməsi qüvvəyə mindi. Belə ki, qida istehsalçılarından E110 ehtiva edən qida məhsullarının etiketinə "uşaqların fəaliyyətinə və diqqətinə mənfi təsir göstərə bilər" ifadəsini əlavə etməyi tələb etdi.

.

ABŞ ABŞ-da "FD&C Yellow N.6" kimi tanınan Günəş qürubu sarısı 3,75 mq/kq bədən çəkisi norması ilə qidalara, dərmanlara və kosmetikada istifadə üçün təsdiq edilmişdir.

Rusiya Rusiyada E110 qida əlavəsinin qida sənayesində istifadəsinə icazə verilir.

Təhlükəsizlik Etibarsız mənbələrdə E110-un "insan həyatı və sağlamlığı üçün zərərli", "təhlükəli boya", "kanserogen" olduğuna dair rəyin əksinə olaraq, insanlar üçün sitrus meyvələri və ya qızardılmış ət kimi digər qida allergen və kanserogenlərdən daha təhlükəli deyil. Bununla belə, heç bir faydalı xüsusiyyət daşımadığından, onunla əlaqəli potensial risklərdən qaçınmaq üçün E110-u qadağan etmək təklifləri var.

E110-un kanserogenliyi ilə bağlı rəy onun prekursoru Sudan I boyasının kanserogenliyi ilə bağlı rəyə əsaslanır.

2014-cü ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı E110 istehlakı ilə bağlı vəziyyətin narahatlığa səbəb olmadığını elan etdi.Reconsideration of the temporary ADI and refined exposure assessment for Sunset Yellow FCF (E 110) (2014)

Uşaqlarda hiperaktivliklə əlaqəsi 1970-ci illərin sonlarından bəri, pediatr-allerqoloq Benjamin Feingold tərəfindən qida boyaları və uşaqlarda davranış problemləri arasında əlaqə haqqında qaldırılan narahatlıqların ardınca, günəş qürubu sarısının uşaqlarda qida dözümsüzlüyünə və digər davranışlara səbəb olduğunu iddia etmişdi. Bununla belə, bu iddiaları təsdiqləyən heç bir elmi dəlil yoxdur. Təxmin olunur ki, müəyyən qida boyaları bəzilərində tetikləyici rolunu oynaya bilər, lakin bunun sübutu zəifdir.

İstinadlar Kateqoriya:Qida təhlükəsizliyi Kateqoriya:Rəngləyicilər