300px|thumb|Müxtəlif Avropa mədəniyyətlərində mənfi xasiyyətə malik məxluq olaraq göstərilən qoblinin təsviri
Qoblin rejimi — insanın ətrafındakıların onun haqqında nə düşündüyünü nəzərə almadan, hedonist (həzzə əsaslanan) bir şəkildə cəmiyyətin tələblərini rədd etməsidir. Bu ifadənin Twitter (X) və Reddit vasitəsilə məşhur olduğu düşünülür, bir Reddit istifadəçisi evdə tək ikən özünü "qoblin kimi" apardığı ilə bağlı paylaşım etmişdir. İfadə TikTok kimi sosial şəbəkələrdə qısa müddətdə yayılmış, kənd həyatını tərifləyən və ya insanın özünü inkişaf etdirməsinə çağıran trendlərə əks fikir olaraq təqdim edilmiş və Redditdə bu paylaşım çox diqqət çəkmişdir. Elon Mask Twitter (X) şəbəkəsini satın almasını, qoblin rejimində olması ilə əlaqələndirmişdir. Qoblin rejimi sosial normalara və ya tələblərə riayət etmədən, adi vərdişlərə və fəaliyyətlərə qəsdən və utanmadan təslim olan və onlarla vaxtını keçirən davranış tərzi olaraq təsvir edilmişdir. 2022-ci ilin dekabrında "qoblin rejimi" ifadəsi "Oxford University Press" sorğusunda ilin sözü seçilmişdir.
Qoblin rejiminin məşhurluğu bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən təqdim olunan, hər şeyin sistemli bir şəkildə edildiyi həyat tərzinin rədd edilməsi ilə əlaqələndirilə bilər. Bu ifadənin məşhurluğu həm də COVID-19 pandemiyasının cəmiyyətə təsirləri ilə mübarizə üsulu kimi başa düşülə bilər, çünki qoblin rejimi insanlara ictimai qaydaları rədd etməyə və özlərinin bəsit instinktlərini rahatlıqla qəbul etməyə icazə verən həyat tərzi kimi təsvir olunur.
İstinadlar
Kateqoriya:Gənclik mədəniyyəti Kateqoriya:İnternet mədəniyyəti Kateqoriya:Həyat tərzləri Kateqoriya:Sadələşmə Kateqoriya:Neologizmlər Kateqoriya:İnternet memləri Kateqoriya:Slenq