Yekaterina Laskaridu (; ) — Yunanıstanda uşaq bağçası sisteminin qurucusu, qız məktəblərində fiziki məşqləri tətbiq edən yunan feminist və pedaqoqu. Həyatı Qızlıq soyadı Xristomannos olan Laskaridu, 1842-ci ildə Vyanada, Şərqi Makedoniyanın Meleniko şəhərindən (indiki Bolqarıstanda) olan A. Xristomannos və Mariya Kazazinin ailəsində dünyaya göz açıb. 1842-1855-ci illərdə Vyana Müəllimlər Akademiyasında çalışmışdır. 1858-ci ildə Bursalı varlı tacir Laskaris Laskaridis ilə evlənib. Ömürlərinin çox hissəsini Afinada yaşamış cütlük, burada 1864-cü ildə Laskaridu Yunan Qızlar Məktəbini (Greek Girls' School) qurdular. 1865-1867-ci illərdə Laskaridu, Con və Meri Hill Memorial Məktəbində (Hill Memorial School) müəllim kimi çalışmış, daha sonra isə məktəbin direktoru olmuşdur. O, 1867-ci ildə o, Kalliopi Kexadzi ilə birlikdə Yunan Qızlar Məktəbini (Hellenic Girls' School) qurdu və 1887-ci ilə qədər (təqaüdə çıxana qədər) burada çalışdı. 1878-1879-cu illərdə Laskaridu Almaniyada baronessa Berta von Marenholtz-Bülovin ilə birlikdə təhsil alıb. Burada Yunanıstan təhsilinə tətbiq etdiyi, məktəbəqədər təhsil və məktəbəqədər müəllimlərin hazırlanması metodu olan Froebel metodunu öyrəndi. Laskaridu Yunan Qadınlar Birliyinin təhsil şöbəsinin prezidenti olub və məktəblərdə ilk gimnastika dərslərinin tətbiqi üçün Gimnastika Assosiasiyası ilə birlikdə çalışıb.

1897-ci il Yunanıstan-Türkiyə müharibəsinin qızğın vaxtında Laskaridu Afina və Pirey bələdiyyə teatrlarında yoxsullar üçün təlim seminarları təşkil etmişdi. Sonralar hər iki yerdə kasıblar üçün uşaq bağçaları və gimnaziyalar açdı. 1906-cı ildə müəllim hazırlamaq üçün axşam məktəbləri açıldı. Nəhayət, 1912-ci ildə Laskaridu məktəbə qədər təhsil müəllimlərinin hazırlanması üçün Milli Uşaq bağçasını və Afina Ali Qızlar Məktəbini qurdu.

Laskaridunun 1876-cı ildə anadan olmuş və məşhur rəssam Sofiya Laskaridu, və 1882-ci ildə anadan olmuş Eyrini Laskaridu adlı qızları vardı. Eyrini Kallifeedə Korlar evini qurdu və Yunanıstanda Brayl üsulunu tətbiq etdi.

Gördüyü işlərə görə Laskaridu Xilaskar Ordeninin Gümüş Xaçı ilə təltif edilib.

Laskaridu 1916-cı ildə Afinada avtomobil qəzasında vəfat edib. İstinadlar

Kateqoriya:Yunanıstan feministləri