Mod Apatou () — ABŞ aktrisası. O, "HBO" kanalının "Eyforiya" serialında Leksi Hovard obrazı ilə tamaşaçıların rəğbətini qazanib.

Kinorejissor Cadd Apatou ilə aktrisa Lesli Mannın böyük qızı olan Mod, sənət dünyasına erkən yaşlarından qədəm qoyub. Atası tərəfindən çəkilən "Knocked Up", "Gülməli adamlar" və "This Is 40" filmlərində anasının canlandırdığı personajların övladı rolunda çəkilib. Aktrisanın yaradıcılıq yolunda "Assassination Nation", "Staten-Aylendin kralı" filmləri və "Netflix" platformasının "Hollywood" mini-serialı xüsusi yer tutur.

Həyatı Aktrisanın anası kino ulduzu Lesli Mann, atası isə rejissor, prodüser və ssenarist Cadd Apatoudur. Ata tərəfdən yəhudi əsilli nəslə mənsub olan aktrisa, ana tərəfdən fin mənşəli nənəyə bağlanır. Bacısı Ayris Apatou da onu kimi aktrisalıq sənətinə yiyələnib. Kaliforniyanın Santa-Monika şəhərində yerləşən özəl təhsil ocağı "Crossroads" məktəbində oxuyub. Təhsil illərində Miçiqan ştatının İnterloxen şəhərində yerləşən İncəsənət düşərgəsində iştirak edib. Orta məktəb zamanı "Cabaret" və "Into the Woods" kimi musiqi tamaşalarında rol alıb. İllinoys ştatının Evanston şəhərində yerləşən Şimal-Qərb Universitetində teatr ixtisası üzrə təhsil alsa da, ikinci kursdan sonra təhsilini yarımçıq qoyub.

Mod Apatou hazırda Nyu-Yorkun Vest-Villic məhəlləsində yaşayır.

Ötən il 2024-cü ildə irlandiyalı aktyor Patrik Gibsonla münasibətə başlayıb.

İstinadlar

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar