Mayk Qodvin (; ) — amerikalı hüquqşünas və yazıçı. O, Elektron Sərhəd Fondunun (EFF) ilk məsləhətçisi olmuşdur. Eyni zamanda İnternet atasözü olan Qodvin qanununun və İnternet memi anlayışının yaradıcısıdır. 2007-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər Vikimedia Fondunun baş məsləhətçisi olub. 2011-ci ilin mart ayında Open Source Initiative şurasına seçilib. Qodvin 1994-cü ildən "Reason" jurnalının redaktoru kimi fəaliyyət göstərir. 2019-cu ilin aprelində Internet Society cəmiyyətinin idarə heyətinə seçilib. 2015-2020-ci illərdə R Street İnstitutunda baş məsləhətçi və innovasiya siyasətinin direktoru olub. 2020-ci ilin avqustunda o və Blackstone Hüquq Qrupu TikTok əməkdaşları adından Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırmış və 2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər orada çalışmışdır. 2022-ci ilin oktyabr ayından "məxfilik üçün təhlükəsiz reklam" startapı olan Anonym-də siyasət və məxfilik üzrə rəhbər vəzifəsində çalışıb.
İstinadlar
Kateqoriya:ABŞ vəkilləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:ABŞ blogerləri Kateqoriya:Vikimedia Fondunun əməkdaşları Kateqoriya:Əqli mülkiyyət islahatı fəalları Kateqoriya:TikTok