Pheugopedius fasciatoventris (Qaraqarın krakra) — "Troglodytidae" ailəsinə aid bir quş növü. Kolumbiya, Kosta Rika və Panamada rast gəlinir.

Taksonomiya və sistematika Qaraqarın krakranın üç yarımnövü var: "nominativ Pheugopedius fasciatoventris fasciatoventris", "P. f. melanogaster" və "P. f. albigularis".

Təsvir Erkək qaraqarın krakralar 23,5-34,5 q , dişiləri isə 19,5-28,5 q ağırlığındadır. Hər üç yarımnövün yetkin fərdləri zəngin qəhvəyi rəngli arxa və quyruğa malikdir. Quyruğu qara zolaqlıdır. Onların boz üzünün üstündə müxtəlif ölçülü ağ rəngli qaşları var və çənə, boğaz və döşləri ağdır. Hər üçünün də qara qarınları var, lakin "P. f. melanogasterin" qarnı ləkəsizdir, digər iki yarımnövün qarnında isə nazik ağ zolaqlar var.Logue, D. M. (2020). Black-bellied Wren (Pheugopedius fasciatoventris), version 1.0. In Birds of the World (T. S. Schulenberg, Editor). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.blbwre1.01 retrieved 3 June 2021

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1845-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları