thumb|1889-cu ildə Merrik right|thumb|1888-ci ildə Merrik right|thumb|1889-cu ildə Merrik

Cozef Keri Merrik (5 avqust 1862 - 11 aprel 1890) — “Fil Adam” kimi məşhurlaşmış Britaniya vətəndaşı olmuşdur. Lester şəhərində anadan olmuş olan Merrikin anadangəlmə olan anomaliyaları, o böyüdükcə daha aydın bir formada görünməyə başlanmış və beləcə onu məşhurlaşdırmışdır. O, 11 yaşı olarkən anasını itirmiş və atası yenidən evlənmişdir. Merrik 13 yaşında olarkən məktəbi tərk etmiş və iş tapmaqda çətinlik çəkmişdir. O, atası və ögey anası tərəfindən rədd edilərək evdən qovulmuşdur. 17 yaşında olarkən isə kimsəsizlər evinə sığınmışdır.

Burada isə Sem Torr adlı bir şoumen onu kəşf etmiş və onu “Fil Adam” adı altında ictimaiyyət qarşısında sərgiləməyə başlamışdır. Şöhrəti getdikcə artmağa başlayan Fil Adam Londona gətirilmişdir. Burada isə onu bir cərrah görmüş və müalicə üçün onu işlədiyi xəstəxanaya aparmışdır. Burada yaşamağa başlayan Merriki o dövrün zadəganları müntəzəm olaraq ziyarət etməyə başlamışdılar. Uzun ömür sürməyən Fil Adam 27 yaşında olarkən bu xəstəxanada vəfat etmişdir. Ölüm səbəbi boğulma olaraq qeyd edilmişdir, çünki Fil Adam normal olaraq uzanıb yata bilmirdi. O, oturaraq yatırdı.

Onun həyatı haqqında bir çox əsərlər yazılmış olsa da, bunların içərisində ən məşhuru 1980-ci ildə ekranlara çıxmış və eyni adı daşıyan “Fil Adam” filmidir.

İstinadlar

Biblioqrafiya

"The Autobiography of Joseph Carey Merrick" – freak shop pamphlet printed c. 1884 to accompany the exhibition of the Elephant Man; printed in The True History of the Elephant Man, pp. 173–175

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Transcripts of the letters written to The Times newspaper by Francis Carr-Gomm, regarding Joseph Merrick. Contemporary visual art reference in the work of Australian art Cameron Hayes.

Kateqoriya:Sirk artistləri Kateqoriya:Londonda qəzalarda vəfat edənlər Kateqoriya:İngiltərənin əlil şəxsləri Kateqoriya:İngiltərə xristianları