Doqquz sehrbaz qadın və ya doqquz bacı () — dünya mifologiyalarında geniş yayılmış doqquz qız motivinin Artur əfsanələrindəki variantlarından biridir. Onlar ilk dəfə Ceffri Monmutlunun Avalonu və sonradan Morqan le Fey obrazına çevriləcək personajı təqdim etməsi zamanı mühüm rol oynayır. Bundan əlavə, "Mabinogion" toplusunun "Efrauq oğlu Peredur" adlı hissəsində əsas motiv kimi yer alır.
Annvfn və İstavinqun
Preyddeu Annvfn əsərində, Annvfn (Kelt mifologiyasının digər dünyası) adasında yaşayan doqquz bakirə kahin sehrli bir qazanın keşiyini çəkir. Onların sehrli güclərinə oddan nəfəs almaq da daxildir. Kral Artur və döyüşçüləri bu qazanı ya oğurlayır, ya da məhv edir, lakin Annvfn bakirələrinin taleyi bilinmir. Kelt mifologiyasında bu doqquz fövqəltəbii qadınların motivi başqa hekayələrdə də rast gəlinir və ehtimal ki, qədim Kelt dinindəki kahin qadın qruplarından qaynaqlanır.
İstavinqun (Ystavingun) cadugərləri haqqında isə Pa qur poemasında (təxminən 1100-cü il) bir sətirlik qeyd var. Burada Kayın (sonrakı ənənədə Sir Kay) bu dağlıq ərazidə doqquz cadugəri öldürməsi onun ən böyük nailiyyətlərindən biri kimi təsvir edilir. İstavinqunun dəqiq yeri bilinmir, lakin bəzi tədqiqatçılar onu İngiltərədəki Stenton Mur və oradakı "Doqquz Xanım" adlı daş dairəsi ilə əlaqələndirirlər. Bəzi alimlər, məsələn, Con və Keytlin Metyus, Pa qur poemasındakı qadınların əslində Preyddeu Annvfn əsərindəki kahinlər olduğunu düşünürlər.
Tədqiqatçılar Norris Leysi və Con Kox doqquz cadugərin motivini VII əsrə aid Breton haqioqrafiyası Vita Prima Samsonis ilə də əlaqələndirirlər. Bu mənbədə Sent Samson, Lur adasında yaşayan Teomaksa (Theomaxa) adlı cadugər qadınla qarşılaşır. Teomaksa Samsonun gənc köməkçisinə hücum edir və özünü Tanrının düşməni elan edir. Samson ona tövbə etməyi təklif etsə də, cadugər bundan imtina edir və uçaraq qaçmağa çalışır. Lakin Samson onu yerindəcə hərəkətsizləşdirir və dua edərək onun ölümünü diləyir. Dualar bitər-bitməz, Teomaksa yıxılıb ölür.
Avalon bacıları Ceffri Monmutlunun XII əsrə aid Vita Merlini əsərində Avalon sehrli ada kimi təsvir olunur. Burada doqquz sehrbaz bacı — Morqen, Moronoe, Mazoe, Qliten, Qlitonea, Qliton, Tayronoe və Titen (bəzən isə iki Thitis bacısı) yaşayır. Onlar güclü sehrbazlar və şəfa verən həkimlər kimi tanınır, forma dəyişdirmə qabiliyyətlərinə malikdirlər. Taliesin tərəfindən Avalon adasına aparılan Kral Arturun müalicə olunması da onların öhdəsinə buraxılır. Qrupun lideri olan Morqen sonrakı Artur əfsanələrində Arturun bacısı Morqan le Feyə çevrilmişdir. Digər səkkiz bacı isə başqa heç bir orta əsr mənbələrində təkrar qeyd olunmur.
İstinadlar
Kateqoriya:Sehrbazlıq gücünə malik personajlar Kateqoriya:Uydurma kraliçalar Kateqoriya:Folklor və mifologiyada cadugərlik Kateqoriya:Kral Artur haqqında əfsanələrin personajları