Qaradöş meşə bildirçini (Odontophorus leucolaemus) — "Odontophoridae" fəsiləsinə aid quş növü. Kosta-Rika və Panamada rast gəlinir. Təbii yaşayış yeri subtropik və ya tropik rütubətli dağ meşələridir.

Təsvir Qaradöş meşə bildirçini orta ölçülü "Yeni Dünya" bildirçini növüdür, uzunluğu 22–25.5 sm, dişilərin orta çəkisi 286 qram, erkəklərin isə 300 qramdır. Erkəklər dişilərdən daha böyük olsa da, cinsi dimorfizm yoxdur və görünüşlə fərqləndirmək mümkün deyil.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1867-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər