Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu; ) — Azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999).

Həyatı 5 fevral 1959-cu ildə İmişli rayonunun Əlipənahlı (indiki Ağamalılar) kəndində doğulub. 1976-cı ildə Zərdab rayonunun Şəftəxal kənd orta məktəbini, 1982-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin bədii yaradıcılıq fakültəsinin bitirib.

2000-ci ildən 2021-ci ilədək "Kaspi" qəzetində işləyib.

1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda Yazıçılar birliyinin ədəbi orqanı "Ulduz" jurnalında poeziya və nəsr şöbəsinin müdiridir.

Ailəlidir, üç övladı var.

Kitabları Boyuma biçilən dərd. Bakı, Şirvan nəşr, 1998 Açıl bənövşə, açıl. Bakı, Adiloğlu nəşriyyatı, 2000 Mən bilmirəm ayrılmağın yolunu. Bakı, Vektor nəşr, 2003 Üç rəngli göy qurşağı. Bakı, Vektor nəşr, 2007 Əllidən o yana yollar yoxuşdu. Bakı, Şəms nəşriyyatı, 2009 Xoş gəldin 55 yaşım. Bakı, Şəms nəşriyyatı, 2014 Üç rəngli göy qurşağı. Bakı, Vektor nəşr, 2016 İkinci addım. Bakı, Günəş MMC, 2019 Dərdi şairindi bu yer üzünün. Bakı, Günəş MMC, 2024

Təltifləri 2009 — Prezident təqaüdü. 2014 — Rəsul Rza mükafatı. 2015 — Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı. 2024 — Nazim Hikmət adına Beynəlxalq Ədəbiyyat Mükafatı. 2024 — Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomu.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan publisistləri