– Yapon İmperator Ordusunun bioloji döyüş bölməsi olan 731-ci dəstənin direktoru vəzifəsində çalışan yapon mikrobioloqu və ordu tibb zabiti idi. İşii 1937-ci ildən 1945-ci ilə qədər İkinci Çin-Yapon müharibəsi zamanı Çindəki 731-ci dəstə bioloji silahların hazırlanmasına və tətbiqinə, o cümlədən Çinin Çanqde və Ninqbo şəhərlərində bubonik vəba hücumlarına rəhbərlik etmiş və ABŞ-yə qarşı Gecədə Albalı Çiçəkləri əməliyyatını planlaşdırmışdır. İmperator Şoua işinə görə onu xüsusi xidmət medalı ilə təltif edib.
İşii və onun həmkarları həmçinin insan təcrübələri ilə məşğul olub, nəticədə əksəriyyəti mülki vətəndaşlar və ya hərbi əsir olan 10.000-dən çox subyektin ölümü ilə nəticələnib.
İstinadlar
Kateqoriya:Yaponiya generalları Kateqoriya:Bioloji silahlar Kateqoriya:Tokioda vəfat edənlər Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:İxtiraçılar Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər Kateqoriya:Yaponiya xristianları Kateqoriya:Yaponiyanın Roma katolikləri