– Yaponiya musiqi duosu "Yoasobi" tərəfindən buraxılmış sinql. Qrupun 2023-cü ildə buraxılmış "The Book 3" albomuna daxildir. Mahnı 29 sentyabr 2023-cü ildə buraxılmış və "Frieren: Beyond Journey's End" anime serialının birinci açılış mahnısı olmuşdur.
Sözləri "Fanfare for Frieren" hekayəsi əsasında yazılan mahnı protaqonist Frirenin qəhrəman Himmelə qarşı emosiyalarını və xatirələrini ifafə edir. Mahnı "Billboard Japan Hot 100" hitparadında 2-ci yerə yüksəlmişdir.
İstehsal və buraxılma 2022-ci ilin sentyabrında Kanehito Yamada və Tsukasa Abe tərəfindən yaradılmış "Frieren: Beyond Journey's End" manqasının anime adaptasiyası anons edilmişdir. 1 sentyabr 2023-cü ildə buraxılmış üçüncü anime treylerində birinci açılış mahnısı olan "Yūsha" səsləndirilmişdir. Həmin gün "Yoasobi" qrupu 4 oktyabrda buraxılacaq "The Book 3" minialbomunda "Yūsha" mahnısının birinci trek olduğunu açıqlamışdır.
"Yūsha" mahnısının buraxılmasından öncə "Yoasobi" qrupu 23 sentyabrda animenin ekranlaşdırılmasına həsr olunmuş tədbirdə mövzuları müzakirə etmişdir. 27 sentyabrda mahnının iki gün sonra animenin premyerası ilə eyni zamanda sinql kimi buraxılacağı açıqlanmışdır. Basdırılmış xəzinə üslubunda olan məhdud CD sinqlı 13 dekabrda buraxılmışdır. Həmin versiyaya mahnının "The Brave" adlı ingiliscə versiyası daxil edilmişdir. Konnie Aoki tərəfindən tərcümə olunmuş ingiliscə versiya 24 noyabrda buraxılmış və qrupun 12 aprel 2024-cü ildə buraxılmış ingilisdilli "E-Side 3" minialbomunda yer almışdır.
Sözlər Mahnının sözləri hekayəsi əsasında yazılmışdır. Ciro Kisonun müəllifi olduğu bu hekayə orijinal manqanın yazıçısı Yamadanın nəzarəti altında nəşr olunmuşdur. Hekayə qəhrəman Himmelin ölümündən 5 il sonra Frirenin "Musiqi şəhəri" adlı kiçik qəsəbəni ziyarət etməsindən bəhs edir. O, musiqili bir yerdə tanış olduğu qoca qadının çətin tapşırığını qəbul edir.
Mahnı fank melodiyasına malik olsa da, Frirenin qəhrəman Himmelə qarşı emosiyalarını və xatirələrini ifadə edir, animenin tənha və melanxolik atmosferini əks etdirir. Əvvəlcə mahnı Frirenin səyahətinə diqqət ayırsa da, qrupun yaradıcı direktorları Ayase və Şuya Yamamoto nəticədən narazı qalmışdırlar. Nəticədə, Ayase mahnını yenidən işləmiş və anime komandasına göndərmişdir.
Musiqi videosu "Yūsha" üçün musiqi videosu anime serialının ilk 4 seriyasının yayımlanmasından sonra – 29 sentyabr 2023-cü ildə buraxılmışdır. Videonun rejissoru Keyiçiro Saytodur və "Madhouse" studiyası tərəfindən hazırlanıb. Video Friren, Himmel, Hayter və Ayzenin qəhrəmanlıq macərasını əks etdirir. İngiliscə versiya 24 noyabrda buraxılmışdır.
İstinadlar
Kateqoriya:Yoasobi Kateqoriya:Frieren Kateqoriya:2023-cü ilin sinqlları Kateqoriya:2023-cü ilin mahnıları Kateqoriya:Anime mahnıları Kateqoriya:Yapon dilində mahnılar