Kláusula ( — nəticə, sonluq, son). Klausula sözü aşağıdakı mənalarda işlədilə bilər:

Poeziyada klausula, şerin özünün və ya bir bəndinin, misrasının sonudur; Musiqidə klausula, orta əsr musiqisində son melodik düsturdur; Hüquqşünaslıqda klausula, hüquqi sənədə əlavə edilən xüsusi müddəa və ya əlavədir; Futbolda klausula (sərbəst buraxılma maddəsi), oyunçunun müqaviləsində yazılmış pul məbləğidir və o deməkdir ki, belə bir məbləğ təqdim edildikdə, oyunçuya sahib olan klub onun başqa komandaya keçməsinə mane ola bilməz.