Yalanlar şəhəri ( ) — rejissor Bred Furmanın çəkdiyi Amerika istehsalı olan bioqrafik film. Filmdə baş rolu Conni Depp ifa etmişdir. Film 8 dekabr 2018-ci ildə geniş ictimaiyyətə təqdim edilmişdir. 17 fevral 2022-ci ildə isə film Rusiyada onlayn formada buraxılmışdır.

Süjet xətti

7 sentyabr 1996-cı ildə reper Tupak Şakur güllələnərək öldürülür və bu hadisədən altı ay sonra isə onun qətlində əsas şübhəli hesab olunan başqa bir hip-hop ulduzu Biqqi Smols (Biggie Smalls) da güllələnərək öldürülür. Bu iş üzrə cinayətkarlar heç vaxt tapılmır və beləliklə də "sahil rep müharibəsi" işi bağlanır. İllər sonra rüsvayçılıqla işdən qovulmuş keçmiş detektiv Rassell Pol bu iş üzrə istintaqa yenidən qayıdır və müxbir Ceksonla bərabər Las-Veqas polisinin də birbaşa iştirak etdiyi ağlasığmaz sui-qəsd şəbəkəsinin üstünü açır.

Rollarda

Conni Depp — detektiv Rassel Pul Forest Uitaker — jurnalist "Cek" Cekson Rokmond Danbar — Dredloks Nil Braun — zabit Rafael Perez Ksander Berkli — Edvards Şi Uiqhem — Detektiv Frenk Liqa Uaynn Everett — Meqan Pol, Rasselin həyat yoldaşı Tobi Hass — detektiv Fred Miller Luis Hertum — şəhər prokuroru Stoun Şamir Anderson — zabit Devid Mak Eymin Cozef — zabit Kevin Qeyns Lourens Meyson — FTB agenti Danton Cozef Ferrante — detektiv Snou Deyton Kalli — leytenant O'Şi Keyt Şarabayka — serjant Riz Piter Qrin — komandir Fasulo Marisol Sakramento — Errolin Romero Mişel Pare — Varni Qlenn Plammer — psix Mayk Kevin Çepmen — serjant Lids Obba Babatunde — polis rəisi Robert Esser — Robert Makqinnis Rayan Bişop — zabit Simpyak Rey Borqe — Keşier

İstehsalı

4 fevral 2013-cü ildə Miriyam Siqalın sahibi olduğu Britaniya prodüser şirkəti olan Good Films şirkətinin Rendall Sallivanın qeyri-bədii janrda yazılmış “Labirint” kitabının adaptasiya etmək (ekranlaşdırma) hüquqlarını satın aldığı xəbəri yayıldı. Filmdə Tupak Şakur və Biqqi Smollsun üstü açılmamış qətlləri ilə əlaqədar olaraq detektiv Rassell Polun apardığı təhqiqat işi ilə bağlı Los-Anceles polis idarəsindəki korrupsiyadan bəhs edilir. 2016-cı il sentyabr ayının 7-də Conni Deppin Los-Anceles polis idarəsinin detektivi olmuş Pol rolunu ifa edəcəyi bildirilmişdir.

Kristian Kontrerasın kitabdan adaptasiya edərək ssenarisini yazdığı filmin rejissorunun Bred Furman olacağı elan edilmişdir. Sentyabr ayının 19-da Open Road Films filmin ABŞ-də yayım hüquqlarını əldə etmişdir. O, Miramax ilə bərabər filmi maliyyələşdirmiş, Good Universe isə filmin beynəlxalq bazarlarda satış hüquqlarını əldə etmişdir.

Çəkilişlər

Filmin çəkilişləri 13 dekabr 2016-cı ildə, Kaliforniya ştatının Los-Anceles şəhərində başlamışdır. Filmin əsas çəkilişləri isə 2017-ci ilin may ayında aparılmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu illərin Böyük Britaniya filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2010-cu illərin filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Cinayət filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin regional filmləri Kateqoriya:2010-cu illərin cinayət filmləri Kateqoriya:2018-ci ilin bioqrafik dram filmləri Kateqoriya:Bioqrafik dram filmləri Kateqoriya:2018-ci ilin cinayət dram filmləri Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:Musiqiçilər haqqında bioqrafik filmlər Kateqoriya:Böyük Britaniyanın bioqrafik dram filmləri Kateqoriya:Böyük Britaniyanın cinayət dram filmləri Kateqoriya:Real hadisələrə əsaslanan cinayət dram filmləri Kateqoriya:Tupac Şakurun mədəni təsvirləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:Qətl haqqında filmlər Kateqoriya:Los-Anceles Polis Departamenti haqqında filmlər Kateqoriya:Qeyri-bədii kitablar əsasında çəkilmiş filmlər Kateqoriya:Rejissor Bred Furmanın filmləri Kateqoriya:2015-ci il haqqında filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:1990-cı illər haqqında filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Infinitum Nihil filmləri Kateqoriya:Miramax filmləri Kateqoriya:The Notorious B.I.G. Kateqoriya:Open Road Films filmləri Kateqoriya:Saban Films filmləri Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:ABŞ-nin polis detektiv filmləri Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Neonuar