thumb|"Toho Animation" tərəfindən buraxılmış ilk ev buraxılışı cildinin üzlüyü. Personaj: Friren. "Frieren: Beyond Journey's End" Kanehito Yamada tərəfindən yazılan və Tsukasa Abe tərəfindən illüstrasiya olunan eyniadlı manqa seriyasına əsaslanan anime serialıdır. "Madhouse" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Keyiçiro Sayto, ssenaristi Tomohiro Suzuki, personaj dizayneri Reyko Naqasava və bəstəkarı Evan Kolldur.

Anime serialı 10 illik səyahətdən sonra İblis kralı məğlub edən və dünyada sülhü bərqərar edən Qəhrəmanlar komandasının keçmiş üzvü olan elf sehrbaz Frirendən bəhs edir. Elflər gec yaşlandığı üçün Frirenin 1000 ildən çox yaşı var və onun zaman qavrayışı adi insanlardan fərqlidir. Onun üçün illər və ya onilliklər çox qısa müddət kimi gəlir. Qəhrəman Himmelin dəfn mərasimi zamanı Friren onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşmançılığını ifadə edir. Qitənin ən şimalında ruhların dincəldiyi yerin varlığını öyrənən Friren yeni səyahətə çıxmağa qərar verir. Onun bu səyahətinə şagirdi Fern və gənc döyüşçü Ştark da qoşulur. Friren yeni səyahəti zamanı keçmiş səyahətindən olan xatirələri yenidən yadına salır.

İki ardıcıl kurs şəklində yayımlanan animenin 2 saatlıq ilk seriyası Nippon TV kanalının "Kin'yō Road Show" veriliş blokunda yayımlanmışdır. Bu veriliş bloku bədii filmlər üçün nəzərdə tutulduğu üçün "Friren" bu blokda yayımlanan ilk anime olmuşdur. Növbəti seriyalar kanalın yeni "Friday Anime Night" veriliş blokunda yayımlanmağa davam etmiş, sonuncu seriya 22 mart 2024-cü ildə yayımlanmışdır. Dörd seriyalıq premyera yayımı üçün Milet tərəfindən ifa olunan xüsusi bağlanış mahnısı "Bliss" istifadə olunmuşdur. Birinci bağlanış mahnısı "Yoasobi" qrupu tərəfindən ifa olunan mahnısı, birinci bağlanış mahnısı Milet tərəfindən ifa olunan "Anytime Anywhere" () mahnısıdır. İkinci açılış mahnısı "Yorushika" qrupu tərəfindən ifa olunan mahnısı, ikinci bağlanış mahnısı "Anytime Anywhere" mahnısının fərqli hissəsidir. "Toho Animation" animenin seriyalarını 24 yanvar–17 iyul 2024-cü ildə 7 DVD və Blu-ray seti şəklində buraxmışdır. Anime "Crunchyroll" tərəfindən lisenziyalaşdırılmışdır. 28 sentyabr 2024-cü ildə anime serialının ikinci mövsümü anons edilmişdir. İkinci mövsüm 16 yanvar 2026-cı ildə yayımlanmağa başlamış və 27 martda başa çatmışdır. Açılış mahnısı "Mrs. Green Apple" qrupu tərəfindən ifa olunan "Lulu" mahnısı, bağlanış mahnısı Milet tərəfindən ifa olunan "The Story of Us" mahnısıdır. İkinci mövsümün başa çatmasından dərhal sonra üçüncü mövsüm anons edilmişdir. Üçüncü mövsümün 2027-ci ilin oktyabrında buraxılması planlaşdırılır və manqadakı "Qızıl topraq" hekayə arkını əhatə edəcək.

Personajların çibi versiyalarının yer aldığı adlı minianime serialının 11 seriyalıq ilk mövsümü 11 oktyabr 2023-cü ildən 24 mart 2024-cü ilə qədər "Toho Animation"un rəsmi "YouTube" kanalı, eləcə də, animenin rəsmi "X" və "TikTok" hesablarında buraxılmışdır. 6 seriyadan ibarət ikinci mövsüm 2 apreldən 3 sentyabr 2025-ci ilə qədər buraxılmışdır. Üçüncü mövsüm 19 yanvar 2026-cı ildə yayımlanmağa başlamışdır.

Mövsümlər

Seriya siyahısı

I mövsüm (2023–2024) Azərbaycanca adıYaponca adı Rejissor Hekayə lövhəsi Animasiya rejissoru Yayım tarixi

II mövsüm (2026) Azərbaycanca adıYaponca adı Rejissor Hekayə lövhəsi Animasiya rejissoru Yayım tarixi

Ev buraxılışı + Toho Animation (Yaponiya – Region 2/A) Cild Seriyalar Üzlük personaj(lar)ı Buraxılış tarixi I mövsüm I 1–4 Friren 24 yanvar 2024 II 5–8 Fern 21 fevral 2024 III 9–12 Ştark 20 mart 2024 IV 13–16 Zayn 17 aprel 2024 V 17–20 Flamme və Friren 22 may 2024 VI 21–24 Friren, Himmel, Hayter və Ayzen 19 iyun 2024 VII 25–28 Fern, Friren və Ştark 17 iyul 2024 II mövsüm I 29–32 Friren 15 aprel 2026 II 33–35 Fern 20 may 2026 III 36–38 Ştark 17 iyun 2026

Qeydlər

İstinadlar

Seriyalar Kateqoriya:Anime seriyalarının siyahıları