Əbu Məhəmməd Süleyman ibn Mehran əl-Əsədi (; ) — Hədis, qiraət və fəraiz sahələrində öz məharəti ilə tanınan tabiin nəslinə mənsub alim.

Bioqrafiyası Ləqəbi Əməşdir. Əslən Tabasaranlıdır.

Əməş, səhabələrdən Ənəs ibn Maliki görmüş və ondan elm almışdır. Eləcə də səhabələrdən İbn Əbu Əvfa, həmçinin böyük tabiin alimləri İbrahim ən-Nəxai, Əbu Vail, Əbu Əmr əş-Şeybani və başqalarına tələbəlik etmişdir.

Şöbə, Süfyan ibn Üyeynə, Süfyan əs-Səvri, Vəki, Əbu Nüeym və Əbu Hənifə kimi görkəmli mühəddis və fəqihlər ona tələbəlik etmişdir.

Onun 1300-dək hədis bildiyi (isnadı ilə bərabər nəql etdiyi) bildirilmişdir. Həmçinin təfsir, fəraiz (vərəsəlik hüqüqu) elmlərinə dair, eləcə də qiraət sahəsində geniş məlumatlara sahib olmuşdur.

O, həm də epiqramlıqda və hazırcavab olmaqla tanınırdı. İbn Tulun onun bu cəhətini "əz-Zəhrül-ənəş fi nəvədiril-Əməş" adlı əsərində ifadə etmişdir.

Əhməd Məhəmməd əd-Dəbib Əməşin həyatı haqqında qələmə aldığı "əl-Əməşuz-zərif Əməş" (Ciddə: 1981) adlı əsərində Əməşin düz 105 epiqramına yer vermişdir.

İstinadlar Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Quran qariləri Kateqoriya:Şiəlik Kateqoriya:Tabiinlər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:İslam tərcümeyi-halı Kateqoriya:Korlar Kateqoriya:Ravilər