Yekaterina Avdeyeva (, ) — Rus yazıçısı, naşir, rus xalq nağıllarının naşiri, folklorşünas, ev təsərrüfatına dair kitabların müəllifi. Sibir folklorunu toplayan ilk folklorşünas.

Həyatı Tacir ailəsində doğulub. Atası Aleksey Yevseyeviç Polevoy, Şərqi Sibirdə ilk fayans fabrikini quran Rusiya-Amerika şirkətinin görkəmli nümayəndəsi olub.

Uşaqlıqda İrkutskda yaşayıb. O, sistemli təhsil almayıb. On beş yaşında o, İrkutskdan olan taciri Pyotr Petroviç Avdeyevlə evlənir və onunla 1804-cü ildə Kyaxtaya köçür. Ancaq onlar burada bir ilə yaxın yaşayırlar. Yekaterina demək olar ki, bütün gəncliyini Sibirin müxtəlif yerlərində gəzərək keçirdir.

1815-ci ildə əri Pyotr vəfat edir və Yekaterina dul qalır. 1820-ci ildə Kursk şəhərinə köçür, sonra isə Moskva, Odessa və Tartu şəhərlərində yaşayır. 1841-ci ildə Sankt-Peterburqa köçür. 1863-cü ildən isə Novqorod yaxınlığında, icarəyə götürdüyü fermada yaşayır. 1861-ci ildən ölümünə qədər Ədəbiyyat fondundan təqaüd alır.

21 iyul 1865-ci ildə vəfat edir və Tartudakı Raadi qəbiristanlığında dəfn edilir.

Ədəbi fəaliyyəti Yazmağa və nəşr etməyə gec başlayır. İlk əsəri olan "Sibir haqqında qeydlər və qeydlər. Köhnə rus mahnılarının əlavəsi ilə" 1837-ci ildə Moskvada nəşr edilir. Kitabın ön sözününün müəllifi, Yekaterinanın kiçik qardaşı olan, yazıçı Ksenofont Polevoy olur. Kitab çex, alman, ingilis dillərinə tərcümə edilir və ədəbiyyatşünas Aleksander Pipin tərəfindən Rusiyada ilk "düzgün etnoqrafik" kitablardan biri adlandırılır. Onun "Vətən qeydləri" və müxtəlif məcmuələrdə çap olunmuş esselərdən tərtib etdiyi "Köhnə və yeni rus həyatı haqqında qeydlər" (Sankt-Peterburq, 1842) kitabları da da etnoqrafik xarakter daşıyır.

Yekaterina Avdeyeva, "Təcrübəli rus evdar qadının kitabçası" (Sankt-Peterburq, 1842; 1877-ci ilə qədər dəfələrlə təkrar nəşr olunub), "Cib yemək dəftəri" (Sankt-Peterburq, 1842; 9-cu nəşr — 1871), "Tibb evinin tam kitabı…" və "Peterburqun sirri ilə ev təsərrüfat kitabı" (1818) adlı məşhur kitabların müəllifidir. Bu və buna bənzər nəşrlərin kommersiya uğuru onun adı ilə oxşar saxta kitabların nəşrinə səbəb oldu.

O, həmçinin "Rus mahnı kitabı və ya məşhur yazıçıların ən yaxşı və ən sevimli mahnıları, romansları və vodevil kupletləri toplusu" (Sankt-Peterburq, 1848) və "Təcrübəli rus evdar qadınının yemək kitabı…" (5-ci nəşr, 1912-ci ildə nəşr olunan N. N. Maslov tərəfindən əlavə edilmişdir) nəşr etdi.

"Otechestvennıe zapiski" jurnalı Avdeevanın "Rus əfsanələri. "Əsgərin arvadı" (1847), "Dəhşətli tufan" (1848) kimi əsərlərini çap edib.

Yekaterina Avdeyeva 1844-cü ildə Sankt-Peterburqda "Uşaqlar üçün rus nağılları, dayə Avdotya Stepanovna Çerepevanın söylədiyi" kitabını nəşr etdirir. Çox sevilən bu kitab 1881-ci ilə kimi 8 dəfə nəşer edilir. Onun qələmə aldığı və bu nəşrə daxil etdiyi yeddi rus xalq nağılı ("Qurd və keçi", "Qurd və tülkü", "Zəncəfil çörək adam", "Pişik, tülkü və xoruz" və s.) uşaqların ibtidai sinif oxu repertuarında möhkəm yer tutur. Avdeyevanın yazdığı nağıllar Aleksandr Afanasyevin "Rus xalq nağılları"na daxil edilmiş və Vladimir Propp bu nağılları "xalqın ağzından çıxan ilk orijinal qeyd" adlandırmışdır.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Kulinariya kitablarının müəllifləri Kateqoriya:XIX əsr qadın yazıçıları Kateqoriya:Rus yazıçılar Kateqoriya:Rusiya etnoqrafları Kateqoriya:Rusiya folklorşünasları Kateqoriya:Rusiyanın qadın yazıçıları