Feminist elmi fantastika () — elmi fantastikanın bir subjanrıdır və feminizmlə bağlı olan gender bərabərsizliyi, orientasiya, irq, iqtisadiyyat, reproduksiya və ətraf mühit kimi mövzulara fokuslanır. Feminist elmi fantastika siyasi xarakter daşıyır, çünki o, dominant mədəniyyəti tənqid etməyə meyillidir. Ən görkəmli feminist elmi fantastika əsərlərinin bəziləri bu mövzuları cinsiyyət fərqlərinin və ya gender güc balanssızlığının olmadığı utopiyalar vasitəsilə və ya gender bərabərsizliyinin daha da gücləndiyi distopiyalar vasitəsilə təsvir etmişdir. Beləliklə, bu əsərlər feminizmin hələ də davam etməli olduğu fikrini önə sürür. Preview.
Tərifi
Feminist elmi fantastika (SF) – feminist mövzulara, məsələn, gender bərabərsizliyi, oriyentasiya, irq, iqtisadiyyat və reproduksiyaya diqqət yetirən elmi fantastikanın bir subjanrıdır. Feminist elmi fantastika adi elmi fantastikadan daha geniş çərçivəni əhatə edir və fantastika, utopiya və distopiya, qorxu janrı (məsələn, Anne Raisin vampir hekayələri) kimi sahələrə də yayılır. Marlin Barr feminist "SF"-in əslində "elmi fantastika" olmadığını iddia edir, çünki o, "sərt elmlər" () ilə deyil, qadınların güc qazanma mübarizəsi ilə məşğuldur. O, feminist elmi fantastikanı təsvir etmək üçün “feminist fabulyasiya” () kimi yeni bir terminə ehtiyac olduğunu düşünürdü.
Fantastik ədəbiyyat feminist mövzuların işlənməsi üçün üstünlük verilən bir janr hesab olunur. İnsanların gələcəyini, elmin potensiallarını əks etdirmək imkanı verdiyi üçün bu janrda bütün proqressiv və yenilikçi ideyalar yanaşı mövcud ola bilər. Feminist elmi fantastika sayılmaq üçün bir hekayə siyasi bir mesaj daşımalıdır — bu da cəmiyyətin kişi/qadın paradiqmalarına meydan oxumaq deməkdir.
Bunu nəzərə alaraq, 1990-cı illərin əvvəllərində Amerika feminist fanzini Aurora SF bir məqalədə feminizm səviyyələrini müəyyən etmək üçün on pilləli bir siyahı dərc etmişdi. Bu siyahı siyasi mesajın məzmununu ölçmək üçün nəzərdə tutulmuşdu: sadə şəkildə patriarxal cəmiyyətin sual altına alınmasından tutmuş, cinslər arasında bərabərlik diskursuna, kişilərin sistematik tənqidinə və feminist utopiyasının yaradılmasına qədər müxtəlif səviyyələrdə təsnifat aparılmışdı.
Şotlandiyalı yazıçı Sara LeFanu In the Chinks of the World Machine: Feminism and Science Fiction adlı kitabında feminist elmi fantastika ilə sadəcə qadın yazıçıların yazdığı elmi fantastikanı fərqləndirir. O, bildirir ki, sonuncu cərəyan iqçiliyi imtina edərək və qadın qəhrəmanlar yaratsa da, feminist tələblər irəli sürmür.
Qadın müəlliflər və feminist müəlliflər arasındakı fərqlər Feminist elmi fantastika (SF) janrı qadın SF müəllifləri ilə feminist SF müəlliflərini bir-birindən fərqləndirir. Hər iki qrupun bu subjanrın inkişafında tarixi əhəmiyyəti var. Qadın müəlliflər elmi fantastika ədəbiyyatında qadınların görünürlüğünü və perspektivlərini artırıb, feminist müəlliflər isə əsərlərində siyasi mövzulara və motivlərə önəm veriblər.Brian Aldiss has argued that Frankenstein should be considered the first true science fiction story, because unlike in previous stories with fantastical éléments resembling those of later science fiction, the central character "makes a deliberate decision" and "turns to modern experiments in the laboratory" to achieve fantastic results. See The Detached Retina: Aspects of SF and Fantasy by Brian Aldiss (1995), page 78. Qadın və feminist müəlliflər arasındakı fərqlər bəzən qeyri-müəyyən ola bilər və bir əsərin feminist olub-olmaması mübahisə mövzusu ola bilər. Bununla belə, subjanrı müəyyənləşdirən geniş şəkildə qəbul edilmiş kanonik əsərlər mövcuddur.
İstinadlar
Biblioqrafiya
Preview. Preview.
Xarici keçidlər Feminist Science Fiction Feminist science fiction themed issue of the speculative magazine The Future Fire Pre-1950 Utopias and Science Fiction by Women, An Annotated Reading List of Online Editions
Kateqoriya:Feminizm nəzəriyyəsi