Edvard Sapir () — ABŞ-lı antropoloq-dilçi.Sapir, Edward. (2005). In Encyclopedia of Cognitive Science. www.credoreference.com/entry/wileycs/sapir_edward Sapir indiki Polşanın şimalında olan Alman Pomereniyasının bir şəhərində doğulub. Ailəsi o uşaq ikən ABŞ-yə köçüb. Kolumbiya Universitetində Alman dili dilçiliyini öyrənib və burada Frans Boasın təsiri altına düşüb. Boas ona Şimali Amerika yerli dilləri ilə bağlı işləməyə ilhamlandırıb. Sonra o, Kaliforniyaya gedib və burada Alfred Kreber ilə yerli dillərin sənədləşdirilməsi üzərində çalışıb. 15 il ərzində Kanada Geoloji Tədqiqatı ilə işləyib, burada Şimali Amerikalı ən önəmli dilçilərdən biri olaraq tanınmağa başlayıb, digər böyük dilçi isə Leonard Blumfild idi. Çikaqo Universitetində professorluq təklifi alıb və burada dilçiliyin peşə olaraq inkişaf etməsi üçün bir neçə il çalışıb. Həyatının sonlarına doğru Yale Universitetində antropologiya professoru olub. Onun çoxsaylı tələbələri arasında dilçilər Meri Haas və Morris Svodeş, antropoloqlar isə Fred Eqqan və Hortense Poroşkodel yer alıb.

Sapir dilçilik və antropologiya arasındakı əlaqəni tam şəkildə inkişaf etdirən Boasın tək tələbəsi olub. O, dilin və mədəniyyətin bir-birinə necə təsir etdiyini öyrənib və dil fərqlilikləri ilə mədəni dünya görüşlərindəki fərqliliklər arasındakı əlaqəyə maraq göstərib. Bu düşüncə tərzi tələbəsi Benjamin Li Vorf tərəfindən "dilçilik nisbiliyi" və ya "Sapir-Vorf" hipotezi olaraq inkişaf etdirilib. Antropologiyada Sapir antropologiyanın psixologiya ilə əlaqələndirilməsinin vacibliyini irəli sürən ilk fiqurlardan biri kimi tanınır. Alim hər zaman fərqli fərdi şəxsiyyətlər arasındakı əlaqələrin öyrənilməsinin mədəniyyətin və cəmiyyətin inkişafında vacib olduğunu müdafiə edib.Moore, Jerry D. 2009. "Edward Sapir: Culture, Language, and the Individual" in Visions of Culture: an Introduction to Anthropological Theories and Theorists, Walnut Creek, California: Altamira. pp. 88–104 Dilçiliyə verdiyi əsas töhfələrdən biri, Şimali Amerikanın yerli dillərinin təsnifatıdır. O, bu sahədə peşəkar həyatının böyük bir hissəsini sərf edib.

Sapirdən əvvəl yerli xalqların dillərinə tarixi dilçilik metodlarının tətbiqinin mümkün olmadığı düşünülürdü, çünki bu dillərin Hind-Avropa dillərindən daha sadə olduğu hesab olunurdu. Sapir isə müqayisəli dilçilik metodlarının yerli dillərə tətbiq edildikdə də eyni dərəcədə düzgün olduğunu sübuta yetirən ilk şəxs olub. 1929-cu ildə "Britannika Ensiklopediyası"nın nəşrində, o zaman üçün ən nüfuzlu yerli Amerikan dillərinin təsnifatını dərc edib. Həmin nəşr müasir müqayisəli dilçilik metodları ilə edilən ilk təsnifat olub. O, Algic, Uto-Aztekan və Na-Dene dillərinin təsnifatını sübut edən ilk şəxs olub. Həmçinin Hokan və Penutian kimi, tam olaraq sübut edilməmiş, lakin hələ də araşdırma mövzusu olan bəzi dil ailələrini təklif edib. Alim Atabaskan dilləri, Çinukan dilləri və Uto-Aztekan dilləri üzrə ixtisaslaşıb, Takelma, Vişram və Cənubi Payut dillərinin əsas qrammatik təsvirlərini hazırlayıb. Karyerasının sonlarına doğru İdiş dili, İvrit, Çin və Alman dilləri ilə də işləyib, həmçinin Beynəlxalq Yardımçı Dilin inkişafına maraq göstərib.

Həyatı Uşaqlıq və gənclik Sapir Pomeraniya əyalətində, Lębork şəhərində Litva yəhudisi bir ailədə doğulub. Onun atası Yaqob David Sapir sinaqoqda cantor (din musiqisi ifaçısı) kimi işləyib. Ailə ortodoks olmayıb, atası yəhudi musiqisi vasitəsilə dinə bağlılığını qoruyub. Sapir ailəsi Pomeraniyada uzun müddət qalmayıb və heç vaxt Almaniyanı milliyyət olaraq qəbul etməyib. Edvard Sapirin ilk dili Yidiş olub, sonradan isə İngilis dili öyrənib. 1888-ci ildə, o dörd yaşında olarkən, ailəsi Liverpula köçüb.

1890-cı ildə isə ABŞ-a, Virciniya ştatının Riçmond şəhərinə köçüblər. Burada Edvard Sapir, kiçik qardaşı Maksı tifo xəstəliyindən itirib. Onun atası sinaqoqda iş tapmaqda çətinlik çəkib və nəhayət, Yeni Yorkun aşağı şərq tərəfi bölgəsində yerləşib, burada ailə yoxsulluq içində yaşayıb. Yaqob Sapir ailəsini təmin edə bilmədiyi üçün, Sapirin anası, Eva Siqal Sapir, gündəlik ehtiyacları təmin etmək üçün bir dükan açıb. 1910-cu ildə onlar rəsmi olaraq boşanıblar. Yeni Yorka köçəndən sonra, Edvard Sapir anası tərəfindən böyüdülüb, anası isə təhsilin sosial yüksəliş üçün vacibliyini vurğulayıb və ailəni yəhudilikdən daha çox uzaqlaşdırıb. Hətta Eva Sapir mühüm təsir göstərsə də, Sapir, biliyə olan ehtirasını və elmi atasından alıb. 14 yaşında, Sapir, məşhur Horas Mann liseyinə Pulitser təqaüdü qazanıb, lakin o, məktəbin çox prestijli olduğunu düşünərək ora getməməyi seçib və yerinə Devitt Klinton liseyinə gedib, təqaüd pulunu isə universitet təhsili üçün saxlayıb.Allyn, Bobby"DeWitt Clinton's Remarkable Alumni" , The New York Times, July 21, 2009. Accessed September 2, 2014. Bu təqaüd ilə Sapir anasına da maddi dəstək olub.Darnell 1990:1–4

Kolumbiya Sapir 1901-ci ildə Pulitser təqaüdü ilə Kolumbiya universitetinə daxil oldu. Kolumbiya universitetinə daxil olan tələbələrin təxminən 40 faizi yəhudi idi.Darnell 1990:5 Alim 1904-cü ildə Alman filologiyası üzrə bakalavr, 1905-ci ildə isə magistr dərəcəsi aldı və sonra 1909-cu ildə bitirdiyi Antropologiya ixtisası üzrə doktorantura təhsilinə başladı.Darnell 1990:11–12, 14

Kollec thumb|Kolumbiya Universitetinin kitabxanası 1903-cü ildə Sapir Kolumbiyadakı təhsil illərində dil öyrənməyə xüsusi önəm vermişdi və səkkiz semestr ərzində latın, yunan və fransız dillərini öyrənmişdi. İkinci kursdan etibarən o, german dillərinə daha çox diqqət ayıraraq Qotik, Qədim Yuxarı Alman, Qədim Sakson, İsland, Holland, İsveç və Danimarka dilləri üzrə kursları tamamlamışdı. O dövrdə professor Uilyam Karpenter vasitəsilə Sapir ənənəvi filoloji yanaşmadan daha elmi çərçivəyə çevrilən müqayisəli dilçilik metodları ilə tanış oldu. O, həmçinin Sanskrit dili üzrə kurs keçdi və dil araşdırmalarını məşhur bəstəkar Edvard Makdauellin departamentində musiqi öyrənməklə tamamladı. Universitetin axırıncı kursunda oxuyarkən Sapir professor Livinqston Farrand tərəfindən tədris edilən "Antropologiyaya giriş" kursuna yazıldı. Farrand antropologiyanın "dörd sahə" yanaşmasını öyrədirdi. Bundan əlavə, Sapir, Frans Boas tərəfindən tədris olunan qabaqcıl antropologiya seminarında da iştirak etdi və bu kurs onun karyerasının istiqamətini tamamilə dəyişdi.Darnell 1990:7–8

Boasın təsiri thumb|Franz Boas Hələ universitetdə oxuduğu dövrdə Sapirə Boasın Amerikan dilləri üzrə məzun seminarında iştirak etməyə icazə verildi. Bu seminarda Boas tərəfindən toplanmış yerli amerikalı və inuit miflərinin tərcüməsi aparılırdı. Beləliklə, Sapir alman dilçiliyi üzrə magistratura təhsilini davam etdirərkən yerli amerika dilləri ilə tanış oldu. Həmin seminarda Boas, yerli amerika dillərindən nümunələr gətirərək, Sapirin dilin əsas təbiəti haqqında olan bütün məntiqli fərziyyələrini təkzib etmişdi.

Sapirin 1905-ci ildə yazdığı magistr dissertasiyası, İohann Qotfrid Herderin "Dilin mənşəyi haqqında traktatı"nın təhlili idi və onun üçün tanış olmayan inuit və yerli amerika dillərindən nümunələr ehtiva edirdi. Dissertasiyada Sapir Herderi Bibliya xronologiyasını qoruduğuna görə tənqid edirdi. Lakin o, Herderlə razılaşaraq, dünyanın bütün dillərinin bərabər estetik potensiala və qrammatik mürəkkəbliyə malik olduğunu müdafiə edirdi. Antropoloq dissertasiyasını "dilin ən fundamental xüsusiyyətlərini müəyyən etmək üçün bütün mövcud dil qruplarının geniş şəkildə öyrənilməsinə ehtiyac var" fikri ilə yekunlaşdırdı. Bu fikir müasir linqvistik tipologiya üçün bir növ proqram bəyanatı və Boasın yanaşmasına uyğun bir çağırış idi.Darnell 1990:9–15

1906-cı ildə Sapir təhsil proqramını tamamladı və son ilində antropologiya üzrə kurslara diqqət ayırdı. O, Farrand ilə "İbtidai mədəniyyət", Boas ilə "Etnologiya", həmçinin "Arxeologiya" və Berthold Laufer ilə "Çin dili və mədəniyyəti" üzrə seminarlar keçirdi. Bununla yanaşı, o, Hind-Avropa dilləri üzrə təhsilini də davam etdirərək Kelt, Qədim Sakson, İsveç və Sanskrit dillərini öyrəndi. Kurs işlərini başa vurduqdan sonra Sapir doktorluq tədqiqatına başladı və dissertasiyası üzərində işləyərkən bir neçə il müxtəlif qısamüddətli vəzifələrdə çalışdı.Darnell 1990:13–14

İlk sahə tədqiqatı thumb|Toni Tillohaş ailəsi ilə birlikdə. Tillohaş, Cənubi Payut dilinin məşhur təsvirində Sapirin əməkdaşı olmuşdur. Sapirin ilk sahə tədqiqatı 1905-ci ilin yayında Amerika Etnologiya Bürosunun maliyyələşdirdiyi Vişram Çinuk dili üzərində oldu. Alimin bu ilk təcrübəsi Boasın ciddi nəzarəti altında idi. Boas xüsusilə Sapirin büro üçün etnoloji məlumat toplamasında maraqlı idi. Sapir 1909-cu ildə Vişram mətnləri toplusu nəşrə verdi və Çinuk səs sistemi haqqında Boasdan daha dərin bir anlayışa sahib oldu. 1906-cı ilin yayında o, Takelma və Çasta Kosta dilləri üzərində işləməyə başladı. Onun Takelma dili üzərində apardığı iş doktorluq dissertasiyasına çevrildi və o, 1908-ci ildə dissertasiyasını müdafiə etdi. Bu dissertasiya Sapirin fonem anlayışını formalaşdırmasının əsasını təşkil edəcək yerli danışanların səs nümunələri barədə intuisiyasına xüsusi diqqət yetirdiyini göstərən bir iş oldu.Darnell 1990:23

1907–1908-ci illərdə Sapirə Kaliforniya Universitetində vəzifə təklif edildi. Burada Boasın ilk tələbəsi Alfred Kreber Kaliforniya ştatının yerli dilləri sənədləşdirmə layihəsinə rəhbərlik edirdi. Kreber, Sapirə nəsli kəsilməkdə olan Yana dilini araşdırmağı təklif etdi və Sapir bu işə başladı. Əvvəlcə o, dilin azsaylı qalan danışanlarından biri olan Betti Braun ilə çalışdı. Daha sonra Yananın başqa bir dialektində danışan, lakin eyni zamanda bu dilin mifologiyası haqqında geniş biliklərə sahib olan Sam Batvi ilə işləməyə başladı. Sapir, Yana dilində kişi və qadın danışığı arasındakı qrammatik və lüğəvi fərqləri təsvir etdi.Darnell 1990:26

Lakin Kreber və Sapir arasındakı əməkdaşlıq çətinliklərlə dolu idi. Bunun əsas səbəbi Sapirin əsasən öz elmi maraqlarına yönəlməsi və Kreberin tabeliyində olduğu inzibati təzyiqlərə əhəmiyyət verməməsi idi. Sapir ayrılan bir il ərzində işi tamamlaya bilmədi və Kreber ona daha uzun müddətli bir vəzifə təklif edə bilmədi. Berkeleydə qala bilmədiyinə görə məyus olan Sapir digər işlərə yönəldi və Yana materiallarını 1910-cu ilə qədər nəşrə hazırlamaq üçün vaxt tapa bilmədi.Sapir, Edward. 1910. Yana Texts. University of California Publications in American Archaeology and Ethnology, vol. 1, no. 9. Berkeley: University Press. (Online version at the Internet Archive). Bu isə Kroeberi dərin məyus etdi.Darnell 1990:24–29 Sapir Kaliforniyanı tez tərk edərək Pensilvaniya Universitetində təqaüd vəzifəsinə başladı. Burada o, etnologiya və Amerika dilləri üzrə dərs deyirdi. Pensilvaniyada o, Boasın başqa bir tələbəsi Frank Spek ilə yaxından çalışdı və 1909-cu ilin yayında onlar birlikdə Katavba dili üzərində araşdırmalar apardılar.Darnell 1990:29–31 Elə həmin yay Sapir, tələbəsi Alden Mason ilə Yutaya getdi. Əvvəlcə Hopi dilini öyrənməyi planlaşdırsa da, Cənubi Payut dilini tədqiq etməyə qərar verdi. O, Toni Tillohaş ilə işləməyə başladı və Tillohaş ideal bir məlumat mənbəyi olduğunu sübut etdi. Tillohaşın öz dilinin səs nümunələri haqqında güclü intuisiyası, Sapiri fonemin təkcə dilin struktur səviyyəsində mövcud olan abstrakt bir anlayış deyil, eyni zamanda danışanlar üçün psixoloji reallıq olduğunu irəli sürməyə vadar etdi.

Tillohaş Sapirin yaxın dostuna çevrildi və onu Nyu-York və Filadelfiyadakı evində ziyarət etdi. Sapir, atasının köməyi ilə Tillohaşın bildiyi bir sıra Cənubi Payut mahnılarını transkripsiya etdi. Bu məhsuldar əməkdaşlıq, 1930-cu ildə nəşr olunan Cənubi Payut dilinin klassik təsvirinin əsasını qoydu və Sapirin Şoşone dilləri ilə Nahuatl dilləri arasındakı əlaqəni qəti şəkildə sübut edərək Uto-Aztek dil ailəsini təsdiqləməsinə imkan yaratdı. Sapirin Cənubi Payut dili üzərində işi dilçilikdə "analitik mükəmməllik nümunəsi" kimi tanınır.