David "Dado" Elazar (; ) — 1972–1974-cü illərdə İsrail Silahlı Qüvvələrinin doqquzuncu Baş Qərargah rəisi vəzifəsində çalışmış yüksək rütbəli İsrail hərbi xadimi. Yom Kippur müharibəsinin ardınca istefaya göndərilmişdir.
Həyati David "Dado" Elazar 27 avqust 1925-ci ildə Yuqoslaviyanın Sarayevo şəhərində səfəradi yəhudilərinin ailəsində anadan olmuşdur. 1940-cı ildə 15 yaşında, Üçüncü Reyx dönənləmlərində Avropadakı yəhudi uşaqları təhlükəsiz sığınacaqla təmin edən "Youth Aliyah" proqramı çərçivəsində öz ölkəsindən Fələstinə köçmüş və Eyn-Şemer adlı kibbutzda məskunlaşmışdır. Tezliklə "Palmach" adlı elit hərbi birləşməyə qoşulmuş və 1948-ci il Ərəb-İsrail müharibəsi zamanı mühüm döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərdən biri də Yerusəlimdəki San Simon monastırında olmuşdur. O, təcrübə qazanaraq rütbəsini qaldırmış, Harel Briqadasında HaPortzim Batalyonunun lideri olmuşdur.
Hərbi karyerası
Müharibədən sonra Elazar İsrail Müdafiə Qüvvələrində (IMQ) xidmətini davam etdirmiş, 1956-cı il Süveyş böhranından sonra zirehli korpusda xidmət etmişdir. 1961-ci ildə zirehli korpusun komandanı təyin edilmiş və 1964-cü ilə qədər bu vəzifədə çalışmışdır. Daha sonra 1964-1969-cu illərdə Şimal Komandanlığının rəhbəri olmuşdur. 1967-ci il Altı Günlük Müharibə zamanı strateji əhəmiyyətə malik olan Golan təpələrinin iki gün ərzində ələ keçirilməsində mühüm rol oynamışdır.
Yom Kippur Müharibəsi
1 yanvar 1972-ci ildə Elazar IMQ-nin Baş Qərargah rəisi təyin edilmişdir. 1973-cü il Yom Kippur müharibəsi zamanı İsrail ordusunun hazırlıqsızlığı və müharibənin ilk günlərindəki itkilər səbəbindən ictimaiyyət arasında narazılıq yaranmışdır. Müharibədən sonra yaradılan Agranat Komissiyası Elazarın hazırlıqsızlığa görə şəxsi məsuliyyət daşıdığını bildirmiş və onun vəzifəsindən kənarlaşdırılmasını tövsiyə etmişdir. Elazar 1974-cü ildə istefa vermişdir.
Ölümü 15 aprel 1976-cı ildə Tel-Əvivdə ürək tutmasından vəfat etmiş və Yerusəlimdəki Herzl dağında dəfn olunmuşdur.
Xarici bağlantılar
Mənbə
Kateqoriya:Polkovniklər Kateqoriya:Qüdsdə vəfat edənlər Kateqoriya:Sarayevoda doğulanlar Kateqoriya:İsrail yəhudiləri Kateqoriya:1976-cı ildə vəfat edənlər Kateqoriya:1925-ci ildə doğulanlar Kateqoriya:Ərəb–İsrail münaqişəsi