Yoxsulluğun feminizasiyası () — kişi və qadınlar arasındakı həyat səviyyəsində artan bərabərsizliyi ifadə edən tendensiya. Fenomenə əsasən qadınlar və uşaqların aşağı sosial-iqtisadi statuslu icmalarda kişilərlə müqayisədə daha çox təmsil olunması ilə əlaqələndirilir. Yoxsulluğun feminizasiyasının səbəblərinə ailə və ev təsərrüfatının strukturu, məşğulluq, cinsi zorakılıq, təhsil, iqlim dəyişikliyi, "femonomika" və sağlamlıq daxildir. Bir çox mədəniyyətlərdə qadınlar barədə ənənəvi stereotiplər hələ də mövcuddur və bu, onların gəlir imkanlarını və icmada iştirakını məhdudlaşdırır. Əsas gəlirin aşağı olması ilə birlikdə bu vəziyyət yoxsulluq dövrəsinin yaranmasına və bu problemin nəsildən-nəslə ötürülməsinə səbəb ola bilər.
Sahibkarlıq və yoxsulluq Sahibkarlıq çox vaxt yoxsulluğun azalması üçün universal bir həll yolu kimi qəbul edilir.United Nations. (2000). Resolution adopted by the General Assembly on the report of the Ad Hoc Committee of the Whole of the Twenty-third Special Session of the General Assembly (A/S-23/10/Rev.1) – Further actions and initiatives to implement the Beijing Declaration and Platform for Action. A/RES/S-23/3, 16 November 2000, Twenty-third special session, Agenda item 10, 00-65205. New York: United Nations Tərəfdarları bu yanaşmanın iş yerlərinin yaradılmasına, daha yüksək gəlirlərə və yoxsulluq səviyyəsinin azalmasına kömək etdiyini iddia edirlər.United Nations. (1996). Resolution Adopted by the General Assembly on the report of the Second Committee (A/50/617/Add.6) – Women in development. 9 February 1996, Fiftieth session, Agenda item 95 (f), General Assembly A/RES/50/104. New York: United Nations Bununla belə, bəzi tədqiqatçılar vurğulayırlar ki, bir çox sahibkarlar aşağı səviyyəli, kiçik həcmli bizneslər qurur və bu, yalnız yerli bazarlara təsir edir. Termin ABŞ-da XX əsrin sonlarında meydana çıxmış və beynəlxalq səviyyədə müzakirə olunan bir fenomenə çevrilmişdir. Bəzi tədqiqatçılar bu problemlərin Asiya, Afrika və Avropanın bəzi bölgələrində daha geniş yayıldığını qeyd edirlər. Bu ölkələrdə qadınlar adətən gəlirdən, iş imkanlarından və maddi-mənəvi dəstəkdən məhrum olurlar, bu da onları yoxsulluq riski qarşısında ən həssas qruplardan birinə çevirir. Bu fenomen müxtəlif dini qruplarda fərqli formada təzahür edir, çünki cinsiyyət rollarına verilən əhəmiyyət və müqəddəs mətnlərin necə tətbiq olunması hər dinin təfsirinə görə dəyişir.
Yoxsulluğun feminizasiyası əsasən üç beynəlxalq indeks əsasında ölçülür: Gender İnkişaf İndeksi, Gender Gücləndirmə Ölçüsü və İnsan Yoxsulluğu İndeksi. Bu indekslər yalnız maliyyə məsələlərinə deyil, gender bərabərsizliyinə, həyat səviyyəsinə və insan yoxsulluğu ilə gəlir yoxsulluğu arasındakı fərqlərə də diqqət yetirir.
Tarixi "Yoxsulluğun feminizasiyası" anlayışı 1970-ci illərdə ortaya çıxmış və 1990-cı illərdə Birləşmiş Millətlər Təşkilatının bəzi sənədlərində məşhurlaşmışdır. Bu anlayış, ABŞ-da yoxsulluq səviyyələrinin gender baxımından necə dəyişdiyini araşdıran bir tədqiqatın nəticəsində geniş yayılmışdır. Yoxsulluğun feminizasiyası kişi-qadın müqayisəsinə əsaslanan nisbi bir anlayışdır. Məsələn, əgər bir cəmiyyətdə yoxsulluq kişilər arasında əhəmiyyətli dərəcədə azalır, lakin qadınlar arasında yalnız cüzi şəkildə azalırsa, bu yoxsulluğun feminizasiyası hesab edilə bilər.
Təriflər Yoxsulluğun feminizasiyası mübahisəli bir anlayışdır və müxtəlif mənalara malikdir. Marsiyelo М. və Coana К. bu anlayışı iki əsas hissəyə bölür: feminizasiya və yoxsulluq.
Feminizasiya – cinsiyyətə bağlı bir dəyişiklikdir. Yəni bir şeyin daha çox qadınlarla əlaqələndirilməsi və qadınlar arasında daha geniş yayılması deməkdir. Yoxsulluq – resursların və imkanların çatışmazlığıdır.
Marsiyelo М. və Coana К. (2008) gender diskriminasiyasının yoxsulluğun formalaşmasında artan rol oynadığını vurğulayırlar. Məsələn, kişilərlə qadınlar arasındakı əməkhaqqı fərqinin artması həm qadınların, həm də ailə tipindən asılı olmayaraq kişilərin yoxsulluğunu daha da dərinləşdirə bilər. Medeyros isə hesab edir ki, bu cür gender ayrı-seçkiliyi yoxsulluğun feminizasiyası prosesinə gətirib çıxarır, çünki qadınlara qarşı mövcud olan qərəz yoxsulluğun artmasına səbəb olur. Bu anlayış həmçinin qadın yoxsulluğuna təsir edən sosial və iqtisadi faktorları izah etmək üçün istifadə olunur. Bunlara kişilərlə qadınlar arasındakı əməkhaqqı fərqi kimi məsələlər daxildir.
Bu termin ABŞ-da yaranıb və beynəlxalq fenomen olaraq nə dərəcədə əhəmiyyətli olduğu barədə müxtəlif fikirlər var. Bir çox ölkələrdə qadınların rəhbərlik etdiyi ailələrin yoxsulluq səviyyəsinin ölçülməsi onların gəlirlərinin yoxsulluq həddindən aşağı olub-olmamasına əsaslanır. Bir çox ölkələrdə keçirilmiş istehlak və xərclər sorğuları göstərir ki, yoxsulluq həddində yaşayan ailələrin əksəriyyəti qadınların rəhbərlik etdiyi ailələrdir.
Bessell S. (2010) gəlirə əsaslanan yoxsulluq ölçmələrinin iki əsas problemi olduğunu vurğulayır:
Gəlirə sahib olmaq və gəlir üzərində nəzarət eyni anlayış deyil. Yəni qadınların qazandıqları gəlirə tam nəzarət edə bilməməsi onların real iqtisadi vəziyyətini əks etdirmir. Gəlir bərabər imkana çevrilmir. Yəni gəlir əldə etmək avtomatik olaraq bütün imkanların eyni olmasını təmin etmir. Məsələn, təhsilə çıxış məsələsində bu özünü göstərir. Maddi resursların çatışmazlığı kasıb uşaqlar arasında məktəbəqəbul və tərk etmə faizlərini artıra bilər. Lakin qızların təhsilə münasibətində sosial dəyərlər daha çox rol oynayır.
Din Dünyanın bir çox əsas dini qruplarında ənənəvi gender rollarına xüsusi diqqət yetirilir və hər fərdin yerinə yetirməli olduğu vəzifələr müəyyən edilir. Bir çox hallarda dindar insanlar dini mətnləri qadınların yoxsulluq dövrəsində qalmasını təsdiqləmək üçün istifadə edirlər.
İslam Norveçin Şəhər və Regional Araşdırmalar İnstitutu tərəfindən 2004-cü ildə hazırlanan hesabatda, müsəlman qadınların kişilərlə müqayisədə daha çox yarımştat işlərdə çalışdığı göstərilmişdir. Bunun səbəbi, İslamın qadınların ailədə qayğıkeş və ev işləri görən şəxslər kimi roluna xüsusi əhəmiyyət verməsidir. Bu qadınlar əmək bazarında daha az iştirak etdiklərinə görə maliyyə baxımından kişilərdən daha çox asılı vəziyyətdə qalırlar. Əlavə olaraq, ənənəvi müsəlman geyimləri (hicab, xına və s.) taxan qadınların iş tapmaqda çətinliklərlə üzləşdiyi müşahidə olunmuşdur.
Yəhudilik Ənənəvi Halaxik qanunlarına əsasən, yəhudi qadınlar da ailənin baxıcısı vəzifəsində olurlar, çörək qazanan rol isə kişilərə aid edilir. Yəhudi mətnlərindən biri olan Mişna qadınların vəzifələrini belə təsvir edir: “O, onun üçün fincanını doldurmalı, yatağını hazırlamalı və onun üzünü, əllərini və ayaqlarını yumağa kömək etməlidir.”
İstinadlar
Ədəbiyyat
Pdf.
Pdf.
Xarici keçidlər CAPTURING WOMEN'S MULTIDIMENSIONAL EXPERIENCES OF EXTREME POVERTY Why many of the hungry are women Gentrification Is a Feminist Issue: The Intersection of Class, Race, Gender and Housing
Kateqoriya:Feminist iqtisadiyyat Kateqoriya:Feminist terminologiyası